Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İradə Aytelin yeni kitabı işıq üzü gördü - Şəkil

Tarix: 07-06-2024 14:26     Baxış: 3270 A- / A+

Bu günlərdə yazıçı İradə Aytelin “NESO” adlı sənədli romanı işıq üzü gördü (“Elm və təhsil” nəşriyyatı. 244 səh.).

“Tovuz Xeyriyyə Cəmiyyə”tinin sədr müavini Çingiz Abbasovun maddi dəstəyi ilə çap olunan kitab DSX-nın Horadiz Sərhəd Dəstəsinin Bölük komandiri,  Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak etdikdən sonra 2021-ci il, 16 iyun tarixində Laçın rayonunun Cicimli kəndində şəhadətə yüksəlmiş  Baş Leytenant Nəsibov Elməddin Süleyman oğlunun ömür və döyüş yollarından bəhs edir.

Kitabın adı barədə müəllif belə deyir: Baş Leytenantın uşaqlıq arzusu olub xalq tərəfindən tanınmaq, sevilmək. Kiçik yaşlarından yaşadığı küçənin, oxuduğu orta məktəbin divarlarına “NESO” (Nəsibov Elməddin Süleyman oğlu) yazırmış. Bu isə onun ad-soyadını bildirməklə, bir növ şəxsi imzası olub. Kitabımı “NESO” adlandırmaqla şəhidimizin imzasını yaşatmağa çalışdım…”

Xatırladaq ki, bundan əvvəl müəllifin on bir kitabı işıq üzü görüb – “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızılgül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya),  “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr),  “Qanlı öpüşlər” (hekayələr), “Bağışla” (şeirlər), “Seyfəli şəhidləri” (oçerklər), “Leytenant Məcidov” (sənədli roman).

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar