Xəbər lenti
...dünənin gülüşündə dodaqları xatirədir günəşin - ŞEİR
****
Evimizə payız gələndə
Ayağı saralır divarların
Adamlar evlərinə bənzəyir
Alçaboylu, çinarsifətli.
Evimizin qabağında alça ağacı
ayrılıqdan quruyur.
Gözü tökülür çiçəklərinin,
Üzü qaralır yarpaqlarının.
Uşaqkən daş atdığımız
Pəncərələrin ürəyin
sındırdığımız üçün
İndi yağışların ürəyi
yanmır çətirimizə.
Getsəm bu evdən,
Addımları balacalaşar göy üzünün,
Əlləri düşər beşikdən buludların.
Əllərimiz bahar gətirəndə
Çiçəklər günəşdən doğma olar
itaətkar küçələrə.
Ancaq günəş köhnəlməz
ağacların dilində.
Çünki dünənin gülüşündə
dodaqları xatirədir günəşin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar