Xəbər lenti
Mingəçevir yazarları ilə oxucuların görüşü keçirilib - ŞƏKİLLƏR

Klubun işçilərindən Eldar Qubadzadə, Söhrab Məmmədov, İradə Bəkirova, Çiçək Bəkirova və Əfsanə Mahmudova şairlərin şeirlərini səsləndirdilər. Nicat Həsənov çağdaş poeziyamızın görkəmli nümayəndəsi, AYB-nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin "Bir şair yaşayır Mingəçevirdə" şeirini söylədi. Klubun müdiri Səbinə xanım Məmməd Mərzilinun Yutubda oxuduğu bir hekayəsinin tərbiyəvi motivlərindən danışdı. Tədbirə gələn oxucular şairlərə onları maraqlandıran suallarla müraciət etdilər. Oxucuların sualları ətraflı cavablandırıldı.
Oxucular ilə şairlər Xalq şairi Bəxtiyar Vahabzadənin və Cənubi Azərbaycan şairi Məhəmməd Şəhriyarın poeziyalarından nümunələr yada saldılar. Oxucu Mehman Bəkirov Xalq şairi S.Vurğunun xatirələrindən danışdı. Görüş çox maraqlı müzakirələrlə başa çatdı. Mingəçevir kənd Xalq Yaradıcılığı klubunun müdiri Səbinə Mövsümova oxucularla görüşə gəldiklərinə görə şairlərə öz təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.
Məmməd Mərzili, AJB-nin üzvü
Manevr.az









Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar