Xəbər lenti
Eldar İsmayıloğlu – “Fəsillər ağacdan rəngləri oğurlayar...”
Eldar İsmayıloğlu
***
Fəsillər ağacdan rəngləri oğurlayar,
sevgi insandan şəkilləri,
qapılarsa tənhalığımı...
Adam ayaqlarını öz dibində gözləyir...
Çünki, ondan ayrılan, qopan nə varsa
geri dönməz.
Bircə qurd ağzında görünər işıqsız ləpirlər...
Nə sahilsiz sulardan,
nə göy üzündən
xəbəri var yorulmuş pəncərələrin...
İtirdiyi yollarını
çılpaq tapanda sevinər sönmüş ocaqlar...
Ovcuna baxıb bəzənən
kəpənəklərə baxıb ölər...
Buludlarda çiçək açan
ağaclara baxıb quruyar baxışları.
Bir gün dənizlər də tapacaq öz bətnini,
Tanrı da...
Yağışlara göstərməyə
daha şəkillər də qalmayıb...
Fəsillər ağacdan rəngləri oğurlayar,
sevgi insandan şəkilləri...
***
(Günel Natiqə)
Allahı bətnində gizlədən qadın,
göy üzündən üz döndərən saatlar da var,
gözlərini payıza açanlar da...
Ağaclar qucaqların darısqallığından sınır...
Çünki,
hansı qaranlıqlar payız deyil ki...
Adam yalanlarında ovunar,
yollar ləpirlərinin arxasında...
Bəs Sən?..
Nə sönmüş ocaqları,
nə çatlamış qayıqları sevdim...
Bu nə ölməkdi belə?..
... bir pəncərə gizlətmişəm,
kimsə boylanmaz səni görməyə.
Ayaqlarının altı varsa, qorxma,
yollar rahat öləcək...
Allahı bətnində gizlədən qadın,
göy üzündən üz döndərən saatlar da var...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar