Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Torpağı yada vermək günahdır, xəyanətdir

Tarix: 10-04-2024 10:06     Baxış: 2446 A- / A+


Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü

QƏHRƏMAN ATAM
Şəhid balasının dilindən:

Atam şəhid olubdur Qarabağ savaşınnda,
Cənnətə qovuşubdur, otuz altı yaşında.
Başlarkən müharibə dedi, getməliyəm mən,
Qarabağı düşməndən azad etməliyəm mən.

Gülümsünüb, diqqətlə baxdı mənim üzümə:
-Maşallah, böyümüsən, diqqət elə, sözümə.
Bu torpaq babalardan bizə bir əmanətdir,
Torpağı yada vermək günahdır, xəyanətdir.

Torpağımız kafirin əlində qala bilməz,
Qarabağsız bu diyar yurd, vətən ola bilməz.
Məhv eyləyib düşməni qayıdarıq, inşallah,
Anam dedi, qorusun, sizləri, qadir Allah!

Döyüşlərə atıldı atam bir aslan kimi,
Düşmənlərlə vuruşdu əsil qəhrəman kimi.
Əlində avtomatı daim irəli keçdi,
Düşməni milçək kimi məhv etdi, qırdı, biçdi.

Atam qəhrəman olub, dostları da şahiddir,
Gecə yuxuma gəlir, gül üzlü bir şəhiddir.
Atamla fəxr edirəm o, qələbə çalıbdır,
Qarabağı düşməndən öz qanıyla alıbdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar