Xəbər lenti
Bir yorğun süpürgəçi çırpır yuxularını Bakı axşamlarına (şeir)

***
Bir göydələndə küçələrin qulaqlarını
ayaqlayır intihar səsi.
Burda adamların üzü şəhərdir,
İçi qan çanağı.
Bu ömrün otaqlarında ürəyi
sıxılır divarların,
Bağrı çatlayır tavanın.
Yuxusu qaçır zəng saatının.
Bir yorğun süpürgəçi çırpır
yuxularını Bakı axşamlarına.
Ayağının altın görmür Xəzər.
Gölməçələr kor
yağışları qucaqlayır.
Ah! oğrun sular,
çapqın işıqlar.
Gözlərimin üzünə durur
Bakı axşamlarında!
Bu şəhər Tanrının
gözündən qaçıb
Hər tində bir kamera asır
Günahlarının üstünə.
Qurd ağzıdır ehtiyac qapısı.
Yalavac küçələr
Qarnın yırtır pul kisəsinin.
Əllərim qara günə qalmasın deyə,
Dəyirimi masaların üstünə
qoymaq istəyirəm
Bakı axşamlarını...
Dilənir, hamı dilənir.
Şairi söz, qəsbkarı mülk.
Sələmçini tamah diləndirir.
Dilənçi qəpiyi sevən kimi
Sevir aşiqlərin Bakı axşamları....
Göylərin boyuna sarılır
Azadlığın qolları.
Zirzəmilərdən görünmür
əsarətin boyu. Küçələr
qul kimi yaşayır
Daş arzularını
Bakı axşamlarında.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar