Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Eldar İsmayıloğlu: "Soyunur səhraları daha qadın bədəni..."

Tarix: 12-03-2024 15:25     Baxış: 2262 A- / A+
Eldar İsmayıloğlu

***
...bir dəniz quruyub bulud olmağa,
bir qadın saçından oyanmağa,
tək bir Allah üçün darıxmağa,
sonunda gözümdən qaçmağa
tələsdim.

Bir ömür qaraldı, ovuldum, 
boğuldum, əl uzatdı qanadsızlar...
Sevindim balıqların 
harayına...
Pəncərəmi açdım ki,
yağışlar tənhalığımın əlindən tutub,
ovutsunlar 
şəkillərdə düşməyən gözlərimi...

Bir dəniz quruyub bulud 
olmağa...


***
... ən uca bildiyin sükut da 
sərxoş dodaqlardan qopur,
soyunur səhraları daha qadın bədəni,
boylanır ən ucuz ölümlərdən.
Adam darısqallığından sevir hər şeyi...
Minbər qapıları təki örtüldükcə içinə
mən də sənin təki tökülürəm torpağa, Tanrı,
bir yerdə çürüyürük, biləsən...

Kölgəmdəki payız da intiqam alır ayaqlarımdan...
Bağışla, qadın,
çiçəklər kəpənəkləri ovutmaq üçün gülür,
hardasa ucuz ölüm şəklini çəkdirməkçün
dar ağacından asır özünü,
səngər göyərdilən evlərdə isə 
yollar çəkib aparır adamın işığını...

Quşların qanadlarına qırmızı bağlayın ki
güllələr günəşi özüylə apara bilməsin...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar