Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Dünya şairlərin edam yeridi.” — Paşa Talıblı

Tarix: 11-03-2024 12:05     Baxış: 3240 A- / A+
Paşa Talıblı
AYB-nin üzvü



Edam yeri...

... tarix olanları unudan deyil,
tarixin yaddaşı sağdı, diridi.
... dünya ağrıları ovudan deyil,
dünya şairlərin durdu qəsdinə,
dünya şairlərin edam yeridi.

Yenə bir şairin edam günüdü —
yenə yaralandı ilham yerindən.
Edam kötüyündən addadı tarix,
tarix gəlib keçdi edam yerindən...

Şairlər addadı edam yerindən,
şairlər addadı — keçirmədilər...
Tarixnən yanaşı durdu şairlər,
şairlər tarixdən seçilmədilər...

Edam kötüyündə başlar kəsildi —
yiyəsiz qanları axdı tarixə.
Edam kötüyündən baxdı şairlər,
edam kötüyündən baxdı tarixə.

Tarix özü seçdi edam yerini,
orda yetirildi qətlə Nəsimi...
Min dəfə böyüdü edam yerində,
tarixə sığmadı qətrə Nəsimi.

Yenə bir şairin qətl günüdü — 
yenə yaralandı ilham yerindən.
... dünya şairlərin edam yeridi,
şairlər doğulur edam yerindən.


Hərdən qulağıma diri səs gələr...

... bu havalı başnan hara gedirsən,
bu göznən, bu qaşnan hara gedirsən,
bu erkən — obaşdan hara gedirsən?
Kimsən, mənim balam, bu qoca yolda?..

Qoysana səhərin üzü açıla,
bu çiçək gecənin gözü açıla.
... sürtülər — yolların dizi açılar,
qan daşar, qan qalxar yəhərə qədər.
Kimsən, mənim balam, hara gedirsən?

Mən heç nə demirəm... uğurun xeyir!
Əvvəlin bəllidi, axırın xeyir...
... yüngülü mübarək, ağırı xeyir — 
sənin qismətinə düşən bu yolun.

Burdan bilirsənmi haracan yoldu?
Burdan o dağacan, qaracan yoldu.
Yol da bir yol ola — qaraca yoldu...
Beləcə, düşmüsən yolun ağına.

Bu yolnan dost gələr, özgə kəs gələr,
yolun da canına bir həvəs gələr.
Hərdən qulağıma diri səs gələr —
bu yoldan da qərib, yoldan da qədim
kimsən, mənim balam, hara gedirsən?


Bir gülə bir gül...
(təcnis)

... elə bil Buxara dərisidi çöl — 
ilmə tək toxunub bir gülə bir gül.
Tək olanı yoxdu, cüt-cütdü sayı —
bir gül düşür gülə, bir gülə bir gül.

... yaşından köhnədi bu dağda qala!
Bu qala da qala, bu dağ da qala!
... gül çəkə, bir gözün budaqda qala,
baxa budağından bir gülə, bir gül.

... nə bir işığa, nə bir günə düşə,
gəldiyi-getdiyi bir günə düşə.
... dərdi çəkməyəsən, bir günə düşə,
deyəsən, özünə: bir gül, ə, bir gül!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar