Xan qızı Xurşidbanu Natəvan altı avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb. Atası Mehdiqulu xan ona anasının adını vermişdi. Xurşidbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn “Dürrü yekta” çağırardılar. Lakin son dövrdə aparılan araşdırmalar zamanı Xan qızının ailənin tək övladı olmaması məlum olub. Xurşidbanu Natəvana qədər Mehdiqulu xanın iki oğlu dünyayı gəlib, lakin onlar çox az yaşayıb.
Bəzi ehtimallara görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşidbanu Vorontsov Daşkovun şəxsi yavəri, dağıstanlı general-mayor Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Lakin araşdırmaçılar bu ehtimalın doğru olmadığını diqqətə çatdırırlar. Xan qızının Qarabağ bəyinə yox, kənar şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb.
Xəbər lenti
Xurşidbanu Natəvan necə müflis oldu? - ARAŞDIRMA - VİDEO
Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. Qasım bəy Zakir, Abdulla Asi və başqaları öz şeirlərində Xasay xanın ünvanına atmacalar atardılar. Xasay xanın sağ gözünün giləsini ağ pərdə örtdüyündən şairlər buna işarə edərək onu kinayə ilə “kor Xasay” adlandırıblar. Xan qızının Xasay xandan Mehdiqulu və Xanbikə adında iki övladı olub. Yaradıcılığa məhz bu illərdə başlayan Xurşidbanu ilk vaxtlar şeirlərini “Xurşid” imzası ilə yazıb.
Xurşidbanu həm də istedadlı rəssam olub. Onun bədii tikmələri, “Gül dəftəri” adlı albomundakı rəsmlər buna sübutdur. Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşməsi olub. Bu görüş haqqında məlumat A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapır. Bəzi iddialara görə, həmin görüş zamanı Xan qızı Aleksandr Düma ilə şahmat oynayıb və fransız yazıçısına qalib gəlib. Bir versiyaya görə, anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib.
Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. Lakin bəzi tarixçilər Xasay xanın siyasi məsələlər üçün Dağıstana qayıtdığını yazırlar. Natəvan 1869-cu ildə Seyid Hüseyn adlı kasıb şuşalıya ərə gedir. Seyid Hüseyn papaqçı olmaqla yanaşı, həm də mollalıq edərdi. Bu evlilikdən Xan qızının üç oğlu dünyaya gəlir. Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasında nifaq salırdılar. Xasay xandan olan oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Xan qızı isə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilmir.
Seyid Hüseyndən olma oğlu Mir Abbasın 17 yaşında vəfatı Xan qızına ağır təsir etdiyindən uzun müddət Natəvan bu ağır dərddən özünə gələ bilmir. Bəzi mənbələrin yazdığına görə, məhz oğlunun vaxtsız ölümü səbəbindən Xurşidbanu özünə “Natəvan” təxəllüsünü götürür. Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın yarımçıq qalmasına səbəb olur.
Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparır. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunur. Onun Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulub.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar