Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Boşluqda qalan əlləri tək dualar sığallayar...

Tarix: 26-02-2024 21:26     Baxış: 2746 A- / A+


Afət Şahid


Yetimlik qüssəsi

Övladsız atalar...
Atasız övladlar....
Hər gün...
gün işığında bir ümid arar...
Qəlbini göz yaşıyla isladıb
telini küləklə darayar...
Nə qüssə əlini çəkib gedər...
nə də qəm ayrılar...
Nə göz yoldan çəkilər...
nə də səssizlik susar...
Boşluqda qalan əlləri
tək dualar sığallayar...
Ayrılıq qüssəsi dolar
Havadan asılmış əllərə...
Xatirə şəkli çəkmiş gözlərin işığında
Qovuşmaq ümidi parlar...
Görüşmək ümidi ilə....
Hələlik....
***
Qazanclı gülüş...

İçinə nə tökdülərsə
yediyin odur...
bu qazan çox danqıldayacaq...
Ata nəsihəti...
Ana danlağı...
Qohum paxıllığı...
Qonşu qınağı...
Sevgi, nifrət...
Fitnə, fəsad və həsəd...
Hər gələn bir az duz, istiot qatıb
Sonra da dedilər:-bu, zəhər imiş...
Yeməli deyil bu tullayın getsin...
Getsin və gəlməsin bir daha geri...
Dərdin məngənəsi çox qəddar, zalım
Sayqısız hesablar, sonsuz qınaqlar
Bir parça ümidlə heç yola getmir...
Şuürsuz çəkilmiş şəklinin
bir ucun yandır...
küllər gülə dönsün qəhqəhə çəksin...
bu gülüş o gülüşdən deyil...
Bu gülüş qazanclı gülüş...
***

Qar yağsa...

Qar yağsa...
Buz kəsilmiş qəlbləri
İsidən bir cəhənnəm odu olsa barı...
Doğranmış cəsədləri yığıb
ət bazarında satanlar...
qazanclı çıxdılar ötən illərdən...
Qar yağsın isti qan üzərinə...
yağdığından utansın...
Qızarıb yerə girsin utandığından...
əriyib yox olsun bu kainat
körpə qışqırığı, körpə naləsi altında...
rəqs edən kahinlər
qovulmuş şeytandan betər
insan qanına
insan ətinə
susamış it kimi
qanlı dişlərini göstərən İblis
qəhqəhə çəkib gülmür daha...
Qar yağsın buz kəsilmiş daş ürəklələrə...
Cəhənnəm oduna odun qatılsın...
Cənnətə yüyürən körpə şəhidlər
Qartopu oynasın, qoy sevinsinlər...
***
Yumruq

Bir körpə yumruğu qalxdı dünyaya
Bombalanmış binaların altından
Qanlı yumruq zalmlara bir hədə
Yatmış ümmətəsə bir çağırışdır...
Gül körpələr gömüldükcə torpağa
Torpaq qan ağlayır, göylər üzülər
Körpə qatilləri qoy sevinməsin
Rəbbim birin alar, minin gətirər
Körpə qəbirləri Son gün Şahidi,
Canilər deməyə söz tapmayacaq
Qan tutmuş ğözlərə körpə yumruğu
Şahidlik edərək son söz deyəcək
Ağırdı bir məsum körpə yumruğu
Son günün son sözü, son kəlməsindən
Yanaqlarda donmuş məsum göz yaşı
Boğacaq zalımı son kəlməsində...
***
Bilək...

Günahsız qanına batmış əlləri
Nə yuya bilərsə deyin biz bilək...
Cinayətə susub lal-dinməz olan
Vicdanlar neçəyə satılır, bilək...
Gecələr qatillər rahat yatırmı..
Tökdüyü qan boğazına axırmı
Yediyi, içdiyi cana yatırmı?
Nəfəsi neçəyə alır biz bilək...
Hər aldığı nəfəs bir məzlum ahı...
Hər yediyi yemək bir körpə qanı
Yuxuları xarabalıq meydanı
Ruhunu neçəyə satdı, biz bilək..

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar