Xəbər lenti
“Burax ömrün əlini...” - Eldar İsmayıloğlundan yeni şeirlər

Eldar İsmayıloğlu
***
(şair Hikmət Nikbinə)
Yollar ki, səni tanıdı
burax ömrün əlini...
Kürəyinin yediyi daş haqqı
bir gün ayaqların üzünə qayıdacaq.
...oxu əlindəki siqaretin tüstüsünü,
boğulmasın səni sevənlər.
Payızı adamlar gözləməz ki...
Qanadını göy üzündə itirən quşlar
saatı bağrına basar
...və gözlərinin
səhra darısqallığında kiriyər tənhalıq.
Səni heç kim görmədisə,
öz adını çəkmə ağacların yanında...
Yoxsa,
yarpaqlar xəbər aparar
ovcundakı can verən şəkillərə...
Yollar ki, səni tanıdı,
burax ömrün əlini...
***
...sən hələ də ayaqlarının
işığına yüyürürsən,
hələ də fəsillərin rənginə
inanırsan.
...sular da təbəssümünü gizlədir,
ömür də!
Qayıqlar intihar gününü
sevdilər, neynim...
Hələ də gün işığını gözləyir
bir ovuc səhra...
İndi nə küləyin dadını
bilirəm,nə yağmurun.
Lənət olsun qarıdığımız
sağlığa!
Çiçəkləri sevmirəm daha...
Suların pıçıltısında qucaq
açmadılar
divarımdakı sahibsiz
qar dənəsinə...
Sən hələ də qollarını
barışdıra bilmirsən...
***
...yollar qucaq açdıqca
yanmış kölgələrə
Tanrı əllərini yuya
bilmir adam üzündə.
Adam üzündə
qanadlar da sevinmir daha...
Çünki,
hələ də işıqlar gecələr doğulur,
hələ də göy üzünə ölür balıqlar.
Hara gedirəmsə,
oyanıb, yaşaya bilmədiyim
ömrə qayıdıram ki...
Yarıçılpaq pəncərəmdən
boylanan süd dişim
doğulmayacaq
dərdlərinin rənginə
susan okeanlarda.
Bir gün
kölgələri gizlətməyə
səsim olmasa
bütün güzgüləri
sındıracam payız üçün...
...yollar qucaq açdıqca
yanmış kölgələrə
Tanrı əllərini yuya
bilmir adam üzündə...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































