Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Getdi aramızdan o böyük ustad, amma xatirəsi bizimlə qaldı - Coşqun XƏLİLOĞLU

Tarix: 11-02-2024 18:44     Baxış: 3387 A- / A+


Coşqun XƏLİLOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü


ƏBƏDİ HEYKƏL

Xalq şairi Bəxtiyar Vahabzadənin ölməz xatirəsinə

Getdi aramızdan o böyük ustad,
Amma xatirəsi bizimlə qaldı.
Oldu böyük şair, xalqına övlad,
Sənət meydanında zəfərlər çaldı.

İstiqlal şairi cəsarətiylə
Ucadan söylədi xalqın sözünü,
Tanındı, seçildi ləyaqətiylə,
Ovdu qələmiylə düşmən gözünü.

Çox mətləb qandırdı “Gülüstan”ıyla,
“Muğam” muğamatı göyə qaldırdı.
“Şəhidlər” – igidlik qəm dastanıyla
Qəlblərdə qələbə nuru yandırdı.

Necə də şirindir “Ana dilimiz,”
“Etiraf” özü də cəsarətdir, bil.
Azadlıq qazanıb Oğuz elimiz,
İnsanı ucaldan dəyanətdir bil.

Bəzən “Qəm içində sevinc” də olur,
“Təzadlar ” mövcuddur “Həyat-ölüm” tək,
Bəzən baharda da yarpaqlar solur,
Bəzən alaq kimi atılır çiçək.

Sözləri qılıncdan iti, kəsərli,
Sözləri bir hikmət, bir məsəl oldu,
Fikri, düşüncəsi dərin, dəyərli,
Şam ömrü yaşadı nur, məşəl oldu.

Müdriklər yurdunun müdrik şairi
Həmişə sevilib – oxunacaqdır,
Nə qədər şeir var, Azərbaycan var,
“Əbədi heykəl” tək yaşayacaqdır.

Getdi aramızdan o böyük ustad,
Amma xatirəsi bizimlə qaldı.
Oldu böyük şair xalqına övlad,
Sənət meydanında zəfərlər çaldı.

2009

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar