Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Lilpar Cəmşidqızı “Divan”ının təqdimatını keçirib -ŞƏKİLLƏR

Tarix: 14-01-2024 19:23     Baxış: 3378 A- / A+

Sumqayıt şəhər Əli Kərim adına "Poeziya Evi"ndə Xatirə Xatunun aparıcılığı ilə tanınmış qəzəlxan-şair Lilpar Cəmşidqızının “Divan” kitabının təqdimatı keçirilib. 

Manevr.az xəbər verir ki, tədbirdə tanınmış muğam ifaçısı və bilicisi Azərbaycan Respublikasının Əməkdar müəllimi, Milli Konservatoriyanın baş müəllimi Qəzənfər Abbasov öz tələbələri ilə birlikdə yüksək səviyyədə çıxış eləyiblər. Onun tələbələrindən Muğam müsabiqəsinin iştirakçısı Zaur Mürsəlov, Əlisəfa  Qasımov, Yeganə Məmmədova, Səma Dadaşova, Qətibə Salmanova, Ümid Hüseynli, Qurban Abdullalı özəl ifaları ilə tamaşaçıları heyran ediblər. Tarda İlhamiz İsmayılov, Səid Hüseynov, kamançada Mahir Quliyev mahir ifaları ilə xanəndələri müşayiət ediblər. Eləcə də  2013-cü il Muğam müsabiqəsi laureatı, tanınmış xanəndə Xətai Hacıyev, Sumqayıtdan Əhməd Bakıxanov adına musiqi məktəbinin müəllimi, xanəndə Firudin Ağayev gözəl, yaddaqalan ifaları ilə gələn qonaqların könlünü oxşayıblar. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan Komissiyasının sədri, hörmətli şair Sayman Aruz, Sosialist Əməyi Qəhrəmanı, tanınmış pambıq ustası Tərlan xanım Musayeva, Dədə Ələsgər Ocağının direktoru Xətai Ələsgərli, "Mirvari Dilbazi" Ədəbi məclisnin rəhbəri, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı, Lənkərandan tanınmış şair və Lilpar xanımın ustadı Əhməd Haqsevər, Buzovna qəsəbəsindən şair, ilahiyyatçı Soltan Əlizadə, eləcə də Buzovna qəsəbəsindən gələn və  iki  “Divan” müəllifi, hörmətli şairə Gülarə Munis, Maştağadan ustad şair, alim, ilahiyyatçı Hacı Gülbala Fənai, xeyriyyəçi Hacı İntiqam, gənc şairə Vüsalə Vətənxan Mehri  iştirak eləyib. Şəhid anası Tahirə xanım  Bədəlova və onun gözəl qızları həkim Nərgiz xanım Bədəlova və müəllimə Rəncurə Ərşadqızı, şəhid anası Surəyya müəllimə Mehdiyeva həmin tədbirə gözəl ovqat gətiriblər.

Çox maraqlı keçən bu tədbirdə Sumqayıt şəhərinin tanınmış, hörmətli ziyalıları-şairləri, yazıçıları  ata ocağı olan Sumqayıt Poeziya Evində çox böyük fəallıqla iştirak eləyiblər. Bu tədbirdə Əli Kərim adına Poeziya Evinin direktoru, tanınmış şair İbrahim  İlyaslı (Hacıyev),  Azərbaycan Yazıçılar Birliyi  Sumqayıt Bölməsinin sədri, tanınmış  şairə Gülnarə Cəmaləddin, uzun illər təhsil sahəsində çalışan Əməkdar müəllim, Prezidentin Fərdi Təqaüdçüsü, şairə Ofeliya xanım Babayeva, Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin müdiri Təranə xanım Novruzova, Sumqayıt Dostlar Klubunun rəhbəri, tanınmış yazıçı-publisist  Hümbət Həsənoğlu, Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərindən, Əməkdar Jurnalist Eyruz Məmmədov, Azər Saleh, Rafiq Mehdi, Əlyar Fərzəliyev, Əməkdar həkim Mayılxan Tağıyev, Azərbaycan Müharibə,  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı  Sumqayıt şöbəsinin sədri Sovet Şükürov, Qızıl Aypara Cəmiyyətinin sədri Mətanət xanım Məhərrəmova, Səməd Vurğun adına Mərkəzi  kitabxananın direktoru Natavan Məmmədli Axundzadə, Rəsulzadə adına Kitabxananın müdiri Ofelya xanım Qafarova, Ədəbi mühitdə sayılıb-seçilən şair,  “Dəlidağ.az" saytının rəhbəri Namiq Dəlidağlı, tanınmış ssenarist, kulturoloq, yazıçı Hafiz Eynullayev, şairlərdən Xaqani Abbasəli Öztürk, Xırdalandan Pəri xanım Muradova, Əməkdar artist, şair Nazir Rüstəm, xalçaçı-rəssam Fazil Abasquluzadə, şairlər Mədaxil  Cavadlı,  Sehran Allahverdi, Binnət Əsgər, Nazlı Çələbi, doktor Səadət Salmanqizi, şairlər-Gülnar Ümid, Aygün Fikrət Huseynzadə, Sevinc Murad, Səbinə Hüseynova, Əlyar Mərdiyev, Süleyman Hüseynov, Süleyman Həziyev, Ehtiram İlham, Hikmət Fərzəli, Polad Məmmədov, Əli Niyazbəyli, Eldar Xanlaroğlu, Firdovsi Cəfərxan, Arzu Göytürk, Vaqif  Bilaloğlu, Təvəkkül Goruslu Məmmədov, Rasimə Könül, Şərafəddin İlkin, Aynur Qafarlı, Əzizə Ağahüseynqızı, Arzu Kazımqızı Nehrəmli, tanınmış şair-bəstəkar Hüseyn Sözlü, tanınmış bədii qiraətçi Arzu Heydərova Balsəs, bədii qiraətçi Mehman Mayılxanlı, tanınmış şairə Nəcibə xanım İlkin, xanəndə Hüsniyyə İsmayıllı, Qubadan gələn şair  Mövlud Ağamməd, şair, əruzda yazan  Gülbala Dadaş, Araz Əfəndi, Siyəzəndən şair  Ceyhun Rəşidov, Maştağadan şairlər- Mahir Məmmədov, Böyükağa Müntəzir, Sumqayıtdan əruzda yazan şairlər-Elşad Xaqan, Sadiq Cəfəri və başqaları iştirak eləyiblər. Çox maraqlı və böyük coşqu ilə keçən bu tədbirdən bütün tamaşaçılar  zövq alıblar.
Tarixi hadisəyə çevrilən bu tədbirin sonunda çıxış edən yaxından, uzaqdan gələn və şairənin  sözünün işığına yığışan bütün tamaşaçılara Lilpar xanım  öz təşəkkürünü bildirib. Lilpar xanım tədbirdə olan doğmalarına və başqa dostlara da öz təşəkkürünü bildirib. Və tədbir başlayandan qurtarana kimi Lilpar Cəmşidqızına kömək eləyən qazi və şəhid ailərinə hər zaman maddi, mənəvi köməyini əsirgəməyən həkim Rəna xanım Rzayevaya da Lilpar xanım öz  təşəkkürünü çatdırıb. Tədbirin keçirildiyi Sumqayıt şəhər Əli Kərim adına  Poeziya Evinin direktoru İbrahim İlyaslı  və Poeziya evinin təşkilatçısı Elvin İntiqamoğlu  bu tədbirin daha maraqlı, yüksək səviyyədə keçirilməsində əllərindən gələn bütün köməklikləri ediblər.
Beləliklə, Sumqayıtda poeziya bayramına çevrilən, tanınmış şairə, publisist, jurnalist  Lilpar Cəmşiqızının “Divan”ının təqdimatı böyük tarixi hadisə kimi bu tədbirə toplaşanların yaddaşında əbədi qalıb.
Biz oxucular da Lilpar Cəmşidqızından daha yeni və maraqlı bədii əsərlər gözləyirik. Və inanırıq ki, Lilpar Cəmşidqızı Azərbaycan ədəbiyyatında öz sözünü bundan sonra  layiqincə deyəcək və məmləkətimizin ədəbiyyat tarixində əbədi yaşayacaq. Çünki o, həqiqətən də Allah vergisi olan, çox istedadlı şairə-qəzəlxandır.

Kəmalə QÜDRƏTQIZI.
“Azad Azərbaycan” qəzetinin əmək
daşı










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar