Xəbər lenti
Tanrı çadırda yaşayır... - Hikmət NİKBİN
Şair Hikmət NİKBİNdən yeni şeirlər:
***
Göyü çadır-çadırdısa,
Tanrı çadırda yaşayır...
...ovcuna adam dəmləyir,
günün qatır da...yaşayır.
Tanrı çadırından çıxmır,
...hamı əynimdən tökülür.
Adam var ovcuna sığmır,
O adam elə özümdüm...
Hər sabah bir az artıram-
yaşım üstünə yaş gəlir...
...gecə axşamın dartıram,
Sabah yavaş-yavaş gəlir.
...bu kimdi məni ovutdu
bu gecə...Tanrı, çox sağ ol !
Gəlmişdi yaxın keçmişdən
gizlicə...Tanrı, çox sağ ol !
Geyimmi çadırdan köynək,
Adamlar, razısınızmı...?!
***
( Vaqif Bayatlı Odərə )
Dedin insanın qanadı olacaq,
Bir başqa həyatı olacaq...
Uçacaqsan göy üzündə,
...ulduzlar qalacaq dizində.
Dodağından qopan söz kimi
qopar o budağın yarpağı...
...öz boyundan yuxarı uçurar onu küləklər.
Ağacın boyundan yuxarı qalxmasıdı
yarpağın qanad çıxarması.
Budağına dönə bilməyən o yarpaq kimi
sən də adiliyinə dönə bilməzsən, adəm oğlu...
Su çəkiləndə
quruda,
quruda çırpınar bir balıq !
Səma dənizə uçaq həsrətiylə boylanar göyə-
bəlkə qanad çıxartdım deyə,
səmada yaşayıb boy atdım deyə...
Qanad çıxaranda qarışqa
döyər ölümün qapısın,
Baş götürüb qaçmaq üçün düşünər-
bəs harada pəncərəsi,
harada göyümün qapısı...
Yarpaq,
balıq
ya qarışqa
Boyundan yuxarıda batar...
Yarpaq budaqdan qopar, ölər.
Adəm oğlu torpaqdan qopar,
göyləri bölər...
Sən, Allahdan diş yox,
quş qanadı istədin.
Sən, Allahdan özünə
səma adı istədin...
Qanadın olsaydı Tanrı səni necə çağırardı,
Dərgahına açıq ya gizlicə çağırardı...
Peyğəmbərlər ölüb axı
hər insanın içində,
Tanrı bir sənə baxır,
Sənsən Allah-təalanın içində...
Rəbbin sənə dedizdirir
bizi necə görmək istəyini.
Sözündə hiss etdinmi
fələyin ürəyini...
Bu şəhərin səhəri ola bilərsənmi...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar