Xəbər lenti
Qaçıram, ayaqları olmayan külək kimi...(Şeir)
Ülviyyə Əbülfəzqızı
**
Aşiqlər sevgi acısını
bala çevirən arılardır
Bu arıların iynələri yalnız
öz qəlblərinə sancılmaq
üçündür.
Kəpənəklər sevginin
rəngarəng qanadlarıdır.
Bu kəpənəklərin
Vətəni qızılgül bağlarıdır.
Ömrün ən gözəl zamanı
məhəbbətə ayrılan çağlarıdır.
Sevginin bitmə təhlükəsi
sadiqliyin intiharıdır.
***
Çirkin simalar güzgün
günahkar bilər,
Çıxış yolunu onu
qırmaqda görərlər.
Güzgülərin yaddaşını
sındırmaq olmur, bunu
hər beyin dərk etməz.
Şaxta isə dondurduğu
vücudların soyuqluğundan
şikayət edər.
Gecəni sevən yarasalar
"Günəş oğrusuna"
aşiq olarlar.
Günahkarlar çalışsalar da,
özlərindən qopara bilməzlər,
Günahlar oduna dönüb
qalaq- qalaq yığılanda
günahkarlar da o odunların
sevgisinə çırtaçırtla yanarlar...
***
Qaçıram, qaçıram,
Özümdən qaçıram
fələyin qurduğu tələni
duyanlar kimi.
Qaçıram,
qaçıram, kədərin hökmdar
olduğu sarayın cəlladından
qaçan sevinc kimi.
Qaçıram, qaçıram, saat
əqrəblərinin zamandan qaçdığı
dairədə zamansızlığa qaçdığı kimi.
Qələmin bir nöqtədən başlatdığı
insan adlı sənət əsəriyəm...
Mən insanlığa qaçıram.
Qaçıram, qaçıram qanadları,
ayaqları olmayan külək kimi qaçıram.
Özümü tapmağa, qaranlıqlar
arxasındakı
"sirli nur qapı"-sına qaçıram.
Qaçıram, qaçıram,
mən daxilimdəki mənə qaçıram!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar