Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
BÜTÜN XƏBƏRLƏR

Özünəməxsus üslubu olan yenilikçi şair Dəyanət Osmanlının yeni kitabları nəşr olunub

Tarix: 14-12-2023 14:24     Baxış: 2314 A- / A+

Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu olan yenilikçi şair, Prezident təqaüdçüsü Dəyanət Osmanlının “В тени слов” (“Sözlərin kölgəsində”) şeirlər kitabı rus dilində “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Manevr.az
xəbər verir ki, kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən seçmələr yer alıb. Şeirləri rus dilinə Moskvada yaşayan yazar-tərcüməçi Sultan Mərzili çevirib. Nəşrin redaktorları - filologiya üzrə fəlsəfə doktorları İlahə Abdullayeva və Pərvin Quliyevadır.
Eyni zamanda həmin nəşriyyatda Dəyanət Osmanlının “Anlar… Və… Anılar…” adlı daha bir kitabı da çap olunub. Bu nəşrdə müəllifin həyat, insan, vətənçilik, milli-mənəvi dəyərlər, tarix, ədəbiyyat, dil barədə düşüncələri toplanıb. Kitabın məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru İ.Abdullayevadır.
Qeyd edək ki, Dəyanət Osmanlı 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar