Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış şairin üç söz sovqatı -ŞƏKİLLƏR

Tarix: 24-11-2023 12:16     Baxış: 3547 A- / A+
Çağdaş Azərbaycan poeziyasının görkəml simalarından olan İsmayıl İmanzadə ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət və oxucular arasında  istedadlı bir söz adamı kimi tanınır.
O vaxtdan indiki günlərimizə kimi nəşr olunan kitabları və mətbuat dərc olunan şeirləri ilə insanlara unudulmaz anlar bəxş etməyə nail olub. Dünyaya göz açdığı Cəbrayıla qırılmaz tellərlə bağlı olan şairin şeirlərində hər cığırı, hər dolayı ona doğma olan yerlərin mənzərəsi, şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, yarpaqları xəzələ çevrilən meşələrin al-əlvan mənzərəsi, torağaylı çöllərin yovşan ətri, gənclik illərinin sevdalı anları ilə yanaşı yurd sevgisi də öz əksini tapıb. Doğma ata yurdunun işğalından sonra Mingəçevirə pənah apararaq “arzularından özünə dam tikən”, “ağrı-acısına bürünüb yatan”, “Kürü Araz, Bozdağı Diri dağ bilən” şair, məcburi köçkün taleyi yaşayıb. Xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra onun şeirlərinə nikbin ruh, xalqımızın qələbə sevincinin qürürunu əks etdirən qanadlı misralar, doğma yurda qayıtmaq sevinci əlavə olunub.  Noyabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair İsmayıl İmanzadənin “Ömür muncuq düzümüdür”, uşaqlar üçün yazdığı “Hər çəməndən bir çiçək” və ədəbi yaradıcılığından bəhs edən məqalə və rəylərdən ibarət “Halal insanın söz halallığı” kitablarının təqdimat mərasimində bu barədə geniş söhbət edildi.  
AYB-nin katibi Elçin Hüseynbəylinin giriş sözlərindən və şairə yönəlik xeyir-dualarından sonra tədbirin aparıcısı, tanınmış şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli İsmayıl İmanzadənin həyat yolu və ədəbi yaradıcılığı barədə söz açdı. Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı, şair Musa Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru Tahir Şirvanlı onun istedadlı söz adamı, səmimi- həssas qəlbli insan, yaşlı və gənc yazarlara həssas münasibət bəsləyən xeyirxah əməllər sahibi olduğunu vurğuladılar.  
Çoxdan bəri ədəbi ictimaiyyətin istedadlı yazarlar kimi dəyər verdiyi Valeh Heydər, İldırım Qəhrəmanov, Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı, Mehman Mayılxanlı, Yaqub Məğrur, Vaqif Rüstəmov...
AYB-nin Mingəçevir bölməsi üzvlərinin təbrik və xöş arzularını dillərinə gətirən Bəhman Gülövşəli və Namiq Zaman şairin özünəməxsus yaradıcılıq üslubundan, uşaqlar üçün yazdığı xeyli sayda şeirnin dillər əzbəri olduğndan və tanınmış gənc bəstəkar Əfsunə Rəhbərqızının  bu şeirlərdən beşinə mahnı ömrü bəxş etdiyindən sevinc hissiylə bəhs etdilər.   Arif Məhidov və Vidadi Turablı şair eloğlularınnın Cəbrayıl cammatı tərəfindən sevilən insan olduğunu, çoxşaxəli poeziyasının isə insanlara nəcib hisslər aşıladığını qürur hissiylə söylədilər.    Bacısı Səadətlə və onun övladı Tural İmanzadə ilə tədbirə qatıldıqlarından məmnun olduqlarını bildirən Qarabağ Müharibəsi şəhidi Müslüm İmanovun bacısı Şəfiqə İmanova mənsub olduğu nəslə həmişə başucalığı gətirən şair əmilərinin varlığı ilə ilgili  həmişə qürur hissi keçirdiklərini bildirdi. Otuz il qabaq dünyaya göz açdığı Cəbrayıl rayonunun ağır elli Böyük Mərcanlı kəndini tərk edəndən sonra acılı-şirinli xatirələrinə üzünü söykəyərək, təlatümlü bir ömür İsmayıl İmanzadə indi yenidən ata-baba ocağına dönmək, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Böyük Mərcanlı kəndinə qayıdacağı günləri həsrətlə gözləməkdədir. Şairin özünün də dediyi kimi, axı “ömür muncuq düzümüdür, harada qırıla-qırıla...” Sonda şair tədbirin reallaşmasında pay sahibi olan AYB rəhbərliyinə, iki saat ərzində poetik aləminin işığına toplaşanlara minnətdarlığını bildirdi.  

P.S. Şair dostumun kitablarının təqdimat mərasimindən bəhs edən çəkilişi bu axşam tamaşaçılara təqdim edən GÜN.AZ telekanalının görkəmli rejissoru Nadir Diridağlıya, İsmayıl İmanzadə və onun bir neçə həmkarı ilə müsahib olan Türkan xanıma, çəkilişin kameramanına təşəkkürümüzü bildirirəm.                        

Tariyel ABBASLI                  
Filologiya üzrə fəlsəfə doktoru

Manevr.az












 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar