Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

O aparıcı cəzalandırılmalıdır! - Yazıçılar Birliyi bəyanat yaydı

Tarix: 15-11-2023 17:35     Baxış: 3406 A- / A+
O aparıcı cəzalandırılmalıdır! - Yazıçılar Birliyi bəyanat YAYDI

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyi qurumun birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin ATV-nin “Xəbərin olsun ” verilişinin canlı yayımında təhqir olunması ilə bağlı bəyanat yayıb.

Manevr.az xəbər verir ki, bəyanatda deyilir:
 
“Bu il noyabrın 13-də ATV-nin “Xəbərin olsun” verilişinin canlı yayımında məşhur yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev aparıcı Kubra Məhərrəmova tərəfindən təhqir olunub. Onun sözlərini təkrar etməyi ayıb sayırıq. Hesab edirik ki, məlum telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Azərbaycan Respublikası Audiovizual Şurası da öz növbəsində bu süjetə münasibət bildirməlidir.
Təəssüflə qeyd edirik ki, uzun illərdir (son illər isə xüsusən) AYB yetkililəri, ölkə ziyalıları sosial şəbəkələrdə təhqirlərə, şantajlara, yersiz hücumlara məruz qalırlar və bu zərərli tendensiya media subyektlərinə də sirayət edir. Belə güman edirik ki, bu adamların arxasında Azərbaycana düşmən qüvvələr  dayanır və onların məqsədi ictimai rəyi, şüuru formalaşdıran, dövlət və milli maraqları müdafiə edən aydınları gözdən salmaqdır.
Belə hallar yolverilməzdir və buna yüksək səviyyədə münasibət bildiriləcəyinə ümid edirik.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar