Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli şair Nəbi Dilsuzun kitabının təqdimatı keçirilib -ŞƏKİLLƏR

Tarix: 26-10-2023 17:54     Baxış: 3540 A- / A+
 
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərli) "Yaxşılıq bir güldür, solmaz dünyada" adlı kitabının təqdimatı keçirilib. 
Tədbiri giriş sözü ilə açan şair Namiq Dəlidağlı tarixi bir dönəmdə yaşadığımızı, nəhayət, torpaqlarımızın işğaldan azad olunduğunu, suverenliyimizin tam bərpa edildiyini vurğuladı. O, bu günlərin həyatımızda xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.
 
N.Dəlidağlı tədbiri aparmaq üçün sözü filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədliyə verdi. 
İlham Məmmədli şair Nəbi Dilsuzun həyat və yaradıcılığından geniş söz açdı,  onu ustad dastan yaradıcısı, incə ruhlu şair kimi xarakterizə etdi.
 
Millət vəkili Aqil Məmmədov son olaylara toxunaraq qeyd etdi ki, otuz il düşmən tapdağında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz tam təmin edildi. Bu gün şair Nəbi Dilsuzun da, məzarı 30 ilə yaxın yağı girovluğunda qalan digər soydaşlarımızın da ruhları şaddı: “Deməli,  Azərbaycan, sadəcə, düşməni  məğlub etmədi, həm də tarixi ədaləti, cənab Prezident dediyi kimi, milli qürurumuzu bərpa etdi. Biz tezliklə doğma Kəlbəcərimzə dönəcəyik və belə tədbirləri orada keçirəcəyik”, deyə o vurğuladı.
 
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Nəbi Dilsuzun yaradıcılığı ilə tanış olduğunu, kitabda toplanan ədəbi nümunələrə xoş münasibətini bildirdi.
Şairlərdən Nəsib Nəbioğlu, Mirsəyyaf Zamanlı, Ələmdar Keştəkli, Zöhrab Şirinov, Mehman Göytəpəli, Rövşən Hüseynli, Həbib Nəbioğlu, Zöhrab Kərimov, ziyalı hacı İlham, şairin nəvəsi Yusif Kərimov və digərləri şairin yaradıcılığından nümunələr söylədilər, öz fikirlərini bildirdilər. 
 
Aşıq Ədalət Dəlidağlı N.Dilsuzun şeirlərindən saz havası üstə səsləndirdi.  
Sonda şairin oğlu, kitabın tərtibçisi Novruz Nəbioğlu atası barədə kövrək xatirələrini danışdı, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. 
 
Onu da qeyd edək ki, kitaba əsasən, ötən əsrin ortalarında yazıb-yaratmış şair Nəbi Dilsuzun ayrı-ayrı arxivlərdən toplanmış müxtəlif mövzuları əhatə edən şeirləri, 1939-cu ildə “Azərbaycan xalq dastanları” seriyası ilə buraxılmış “Dilsuz və Xəzangül”, həmçinin “Fəzli və Məhluqa” dastanları çap olunmuşdur.
 
Kitabın “ön söz” müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent İlham Məmmədli, redaktoru AYB üzvü Namiq Dəlidağlıdı.

Manevr.az























Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar