Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən

Tarix: 17-10-2023 13:23     Baxış: 3416 A- / A+
Coşqun XƏLİLOĞLU

 
GÖZLƏRİN AYDIN, VƏTƏN!

Necə də xöşbəxtik biz, qələbə çalınıbdır,
Müqəddəs torpağımız yağıdan alınıbdır,
Hiyləgər düşmənimiz pis günə salınıbdır,
Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

Üçrəngli bayrağımız əzizdir canımızdan,
Törpağımız güc aldı tökülən qanımızdan,
Dəmir yumruqdur-ordum, xalqım, Ali Komandan,
Neçə bəxtiyar olur, arzuya, kama çatan,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

Qarabağ ki var, bizim şanımız, şöhrətimiz,
Vətənin hər qarışı  əbədi sərvətimiz,
Necə güclüdür bu xalq, göründü qüdrətimiz,
Bundan sonra yaşayar millətimiz xöşbəxt, şən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

Biz həmişə olmuşuq  düz sözlü, düz ilqarlı,
Başımızı dik tutub yaşamışıq vüqarlı,
Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,
Laləzardır yurdumuz, min cür nemətlər bitən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

Azadlığa qovuşub torpağımız, daşımız,
Bizə dəstək-arxadır böyük Türk qardaşımız,
Biryolluq azad olub  Xankədimiz, Şuşamız,
Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:
-Anam gözlərin aydın, gözlərin aydın, Vətən.
        

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar