Xəbər lenti
Şair oxucuları iki yeni kitabıyla soraqıayır
![](/uploads/posts/2023-10/thumbs/1697303096_kk2.jpeg)
Kitabın redaktoru tanınmış qələm sahibi, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Yarımçıq hekayənin 44-cü günü” adlı ön sözün müəllifi isə Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri, şair-publisist Fəxrəddin Əsəddir.
“Ömür muncuq düzümüdür” kitabında sərgilənən şeirləri və 2021-ci ilin yayında Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak edəndən sonra qələmə aldığı zəfər sevincli poeması ilə şair, həmişə olduğu kimi bu dəfə də oxuculara nəcib hisslər, unudulmaz anlar aşılamağı özünə borc bilib. Vətən sevgisi, 44 günlük İkinci Qarabağ Müharibəsində qazanılan tarixi qələbə, ana təbiətin büllur saflığı və ülvü məhəbbət notları üstə köklənən şeirlər və poema oxucuları məmnun etmək baxımından yetərincə təsir gücünə sahibdir.
* * *
Şairin “Hər çəməndən bir çiçək” adlandırdığı kitabı isə heç şübhəsiz ki uşaqları və onların valideynlərini daha çox sevindirəcəkdir. Yeri gəlmişkən, uzun illərdən bəri uşaqlar üçün də bir-birindən dəyərli şeirlər yazan müəllifin, indiyə qədər ayrı-ayrı illərdə nəşr etdirdiyi kitablarından üçü,-“Bahar qönçələri”-(1997), “Payızda açan çiçək”-(2003) və “Mən atamın qızıyam”- (2014) uşaqlara yönəlik söz sovqatıdır. Bu şeirlərin bir qismi 2Azərbaycan pioneri”, “Tumurcuq” qəzetlərində, “Günəş”, “Göyərçin” “Bənövşə” ədəbi dərgilərində, onlayn mətbuatda, orta məktəb dərsliklərində, məktəbəqədər tərbiyə ocaqları üçün nəşr olunan müntəxəbatda, uşaq şeirləri antalogiyasında və s. dərc olunub.
![](/uploads/posts/2023-10/thumbs/1697303061_kki1.jpg)
Hər iki kitab ümumən, ömrünün müdrik çağlarını yaşayan şair İsmayıl İmanzadənin oxuculara layiqli söz töhfəsi, ədəbi ictimaiyyət qarşısında qarşısında poetik hesabatıdır. Sonda doğma ata elinə 30 illik ayrılıqdan sonra yenidən qayıtmaq arzusu ilə yaşayan şairə uğurlar arzulayırıq! Ulu dədələrimiz demişkən,- Ömür bitsə də, yol bitməz!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://lent.az/storage/news/2025/february/05/big/67a370a47f33d67a370a47f33e173876445267a370a47f33b67a370a47f33c.webp)
![](https://news.milli.az/media/2025/02/05/aktau_kazakhmes_1.jpg)
![](/uploads/posts/2025-02/nadir-2.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar