Xəbər lenti
Ədəbiyyat üzrə Nobel Mükafatını o qazandı
2023-cü il Ədəbiyyat üzrə Nobel Mükafatını Norveç yazıçısı Jon Fosse qazanıb.
Manevr.az xəbər verir ki, yazıçı mükafatı "deyilməyənləri ifadə edən yenilikçi pyesləri və nəsrinə görə" qazanıb.
İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında bildirilib ki, Fosse dünyanın ən çox səhnələşdirilən dramaturqlarından biri olmaqla yanaşı, nəsri ilə də tanınır.
Jon Fosse 29 sentyabr 1959-cu ildə Norveçin Haugesund şəhərində anadan olub.
Bergen Universitetində “müqayisəli ədəbiyyat” təhsili alan Fosse 1983-cü ildə nəşr olunan Norveç dilinin iki yazı standartından biri olan “Raudt, svart” (Qırmızı, Qara) adlı ilk romanını Nynorsk dilində yazıb.
Onun ilk pyesi "Og aldri skal vi skiljast (Və biz heç vaxt ayrılmayacağıq)" 1994-cü ildə tamaşaya qoyulub.
Romanları, hekayələri, şeirləri, uşaq kitabları, esseləri və pyesləri 40-dan çox dilə tərcümə olunan Fosse, The Daily Telegraph-ın 100 ən yaxşı yaşayan dahi siyahısında da 83-cü yerdə qərarlaşıb.
Fosse "Andvake" trilogiyasına görə 2015-ci ildə Nordic Council Ədəbiyyat Mükafatına layiq görülüb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar