Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

"Qərib köynəyində bircə mən idim..." Paşa Talıblı

Tarix: 05-10-2023 13:09     Baxış: 2450 A- / A+


Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Bir gül olmalı...

...havadı, nə bilmək olur?
Bükülsə bürkü olmalı...
Ən acı nə varsa – adı
qürbət ya sürgün olmalı.

...açıl, açıl, baxaq nədir;
tellərində duvaq nədir?
...yaşıl-yaşıl, ağ-ağ nədir,
deyəsən bir gül olmalı.

...eşik qar içəri darmı?
...Yaradan hamıya yarmı?
Olacağa çara varmı?
Olmalı, bir gün olmalı!


Çöl

...yanıldı deyənlər – gücün yox daha,
yanıldı görənlər ağrımı üzdə.
Öz ağlım həmişə əlimin altda,
mən əl götürmədim ağlımın üstdən.

Yazılı daşlardı yazı masam da –
nə yazdım daşların dilində yazdım.
Çölləmə deyiləm, çöl adamıyam...
Şeri də bir qıpçaq çölündə yazdım.

Mən çöldən gəlmişəm, çöl adamıyam!..
Yanıldı deyənlər – köçün yox daha!
Şerimi bir qıpçaq çölündə yazdım...
Yanıldı deyənlər –gücün yox daha!


Uğur xoşlayan adamam...

...səhər bir addım tətiyə,
axşam bir addım qılınca.
Getdim yenə sözə doğru,
getdim göylərin dalınca...

Neylədin, Tanrım, neylədin?!
...qarınca qalın daşınnan?
Çox çəkdim –tətiyə,
qılınca qalan başımnan!

Uğur xoşlayan adamam...
...qəmə də "uğur" deyirdim.
Neylədin, Tanrım, neylədin?!
Mən sınan oğul deyildim!..

Yan-yörəmdə fani rüzgar...
...əlim-ayağım yalınca!
Getdim yenə sözə doğru,
yalın ümidin dalınca!..


Söz demişkən...

...göy üzüdü, ulduzlardı,
uzaq-yaxın kölgələrdi.
Adətən belə olurdu –
çör-çöp sonra sel gələrdi...

...söz əhliyik! Söz demişkən
deməyə söz çoxdu desəm.
Amma təzə xəbər bilmə,
təzə heç nə yoxdu desəm...

Bu şer mətndə hardadı?
...ülgü-ülgü, xıncı-xıncı!
Oxuyanda birincidi,
yazılanda axırıncı!..


Mismar yerləri ...

Bura torpaq deyil, mühacirətdi...
Tanrını da məndən küsdürmədimi?
Axırda ən xırda addımlara da
edam dirəkləri düzdürmədimi?

Qərib köynəyində bircə mən idim...
Kim nədən biləcək bura hicrətdi?
Kim hardan biləcək bura yer deyil,
bura torpaq deyil, mühacirətdi...

Bir az fikirlərim özümdə deyil...
...külləmə külçülər külçə yerində!
Edam dirəkləri düzdürmədimi?..
Mismar yerləri var neçə yerində!

Bura torpaq deyil, mühacirətdi...
Məni də Tanrıdan küsdürmədimi?
Axırda ən xırda ümidlərə də
cəllad kötükləri düzdürmədimi?..


Gecəni köçürdüm şerə...


Bu gecə bir şer yazdım...
Öldümü qələmin qurdu?
...Tanrıdan aşağı nə var?
Nə varsa, üzümə durdu!..

Dörd yanım qara divardı....
Divara yazdım ki: uçma!
Cəmi bir şer?..azdımı?
Azdımı qanadsız uçmaq?

...gecənin bağrı qan...bağrı
sallanır öz yarasından.
...qalan barmaqlarım oldu
gecəylə söz arasında.

...azdımı qanadsız uçmaq?
Gecəyə bir şer azdı?
...gecəni köçürdüm şerə,
bu gecə bir şer yazdım.


Çiçəklər necə haqlıydı...

....dönmədim həqiqət yolçuluğundan,
yolçu yolda gərək, yolunda gərək!
...sərkərdə çiçəklər necə haqlıydı;
qızıldan qolbağı qolunda gərək!

Araz qırağının qırışlarıyla...
...alnından Ay doğsa – aylı yollarla!
...dönmədim həqiqət yoçuluğundan,
nə işim nabələd, ayrı yollarla?

Çox sındım, minvalla sınıq körpüyəm...
Çox dedim – keçməyə qəhətdi yollar?
Nə işim nabələd, ayrı yollarla,
düzünə, sürgünə rahatdı yollar!

Ehtiyacım bitməz, yolum bitməsə...
...qızıl ha satmıram sələmlə – yetə!
Bezmədim həqiqət yoçuluğundan...
Məni yolda görsən salamla – yetər!

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar