Xəbər lenti
"Ömürlük məhkumsan xəyallarıma" - Ülviyyə Əbülfəzqızı
Ülviyyə Əbülfəzqızı
Unutmaq üçün çabalamaq,
unutduğunu düşünüb
unutmamaqdır unutmaq.
Gözünə həkk olmuş simanı silməyə cəhd,
gözünə cəza vermək- acı suda acımadan
boğmaqdır xatırlamaq.
Xoşbəxt obraza dönüb
həqiqət misrasında matəm çadrasına bürünməkdir,
yas tutmaq.
Dilində qəzəblə " Kimdir o? " söyləyib
qəlbində əzizləməkdir,
dəlicəsinə bağlanmaq.
Zamanını, ömrünü acizcəsinə
fəda etməkdir,
Ağlını azdırıb onun varlığına sarılmaqdır,
fədakar olmaq.
Bəxtinin ayaqlarına düşüb,
Onu qaytarmaq üçün əsl fəryaddır,
məzlumtək yalvarmaq.
Nədir? Nədir axı quru nəfəs almaq?
Ruhunu ondan ayrı vücud adlı məngənədə
sıxmaqdır yaşamaq.
Ondan uzaq xəyal dünyasında -" zülm səltənətində"
yaşamaqdır var olmaq!
QORXUTMAZ MƏNİ Gözlərin qəlbimi çəkərkən dara, Sanma ki, lal dilim sənə yalvara. Susub dözəcəyəm hər ağrılara, Ayrılıq cəlladsa, qorxutmaz məni. Yalan kilidinə aşiq açarlar, Haqqın qapısından qorxub qaçarlar. İlanlar sevərək zəhər saçarlar, Zəhərin canımda qorxutmaz məni. Yoxluğun tələsir əcəl çağıra, Əcəl də qapımda gəlib bağıra. "Çıx çölə"- söyləyə, mənə çığıra, Sənsizlik sonumsa, qorxutmaz məni. Ayrılıq bir atəş, külə döndərib, Ruhumu tüstütək göyə göndərib. Külümü göydən də yerə əndərib, Tez, tələs, səpələ, qorxutmaz məni!Xəyal adlı dünyada var olmaqdır yaşamaq
Unutmaq üçün çabalamaq,
unutduğunu düşünüb
unutmamaqdır unutmaq.
Gözünə həkk olmuş simanı silməyə cəhd,
gözünə cəza vermək- acı suda acımadan
boğmaqdır xatırlamaq.
Xoşbəxt obraza dönüb
həqiqət misrasında matəm çadrasına bürünməkdir,
yas tutmaq.
Dilində qəzəblə " Kimdir o? " söyləyib
qəlbində əzizləməkdir,
dəlicəsinə bağlanmaq.
Zamanını, ömrünü acizcəsinə
fəda etməkdir,
Ağlını azdırıb onun varlığına sarılmaqdır,
fədakar olmaq.
Bəxtinin ayaqlarına düşüb,
Onu qaytarmaq üçün əsl fəryaddır,
məzlumtək yalvarmaq.
Nədir? Nədir axı quru nəfəs almaq?
Ruhunu ondan ayrı vücud adlı məngənədə
sıxmaqdır yaşamaq.
Ondan uzaq xəyal dünyasında -" zülm səltənətində"
yaşamaqdır var olmaq!
Vallah, Kainatın qulağı batar Ömürlük məhkumsan xəyallarıma, Halımdan razıyam gileylənmirəm. Qəlbimdə tikanlı kollar kimisən, Ağrılar səbəbi, mən ki dinmirəm. Bir ömür dustağam mən bu sevgiyə, Deyirlər məhbuslar küsər həyatdan. Daş üşüyər deyə, saran yosunam, Bu yosun çıxarmı, söylə heç yaddan? Gündüz xəyalımsan, gecə röyamsan, Mahir ovsunkarsan, mən anlamıram. Necə başarırsan, bütün bunları? Sən Allah, incimə, yox danlamıram. Əl atsam, əllərim səmanı oxşar, Xəyalın da ürkək özünə bənzər. Bəzən də utanıb qaçıb gizlənər, Bəzən də sevgisin özündən gizlər. Dilinin daş yükün mən boşaldaram, Dönərək bülbülə o, cəh-cəh vurar. Sevgimdən tikərəm uca sarayı, Qəlbin də sarayda hökmdar olar. Soyunub daş donu çırpınar ürək, Dilin də lallığın daşını atar. Elə qışqırarsan bu Kainata, Vallah, Kainatın qulağı batar!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar