Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Özbək ədəbiyyatına həsr olunan monoqrafiya nəşr edilib

Tarix: 14-09-2023 18:16     Baxış: 4456 A- / A+
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.f.d., dos. Mehman Həsənlinin “XX əsrin əvvəllərində özbək ədəbiyyatında cədidizm (Əbdürrauf Fitrətin yaradıcılığı əsasında)” monoqrafiyası “GlobeEdit” nəşriyyatı tərəfindən çap olunub.
Monoqrafiya XX əsrin əvvəllərində özbək maarifçi fikrinin formalaşmasında mühüm rol oynamış, cədidçilik hərəkatının əsas nümayəndələrindən biri olan Əbdürrauf Fitrət və onun müasirlərinə həsr edilib. Nəsr, dramaturgiya, poeziya və publisistikada dəyərli əsərlər yazaraq təkcə özbək ədəbi fikrində deyil, ümumilikdə türk dünyasının maarifçi düşüncəsinin inkişafında müstəsna xidmətlər göstərmiş Əbdürrauf Fitrətin çoxcəhətli yaradıcılığı tədqiqat işində araşdırılıb. Monoqrafiyada Əbdürrauf Fitrətin yaradıcılığı kontekstində özbək dramaturgiyasının və romançılığının yaranması, poeziyada və publisistikada cədid ideyalarının təbliği məsələləri tədqiq edilib. Xatırladaq ki, kitab fil.f.d., dos. Mehman Həsənlinin 2013-cü ildə müdafiə etdiyi magistr dissertasiyanın əsasında nəşrə hazırlanıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətovadır.  

Nizami Gəncəvi
 adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar