Xəbər lenti
"Bir balıq misalıyam qumda..."- Rüstəm Behrudi
Rüstəm Behrudi
Ay gəmi
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Al, götür, öldürür məni
bu balıq, yosun qoxusu...
...mənim yarımçıq nəğməmi
qoy başqaları oxusun.
...bağrı çatlar bu gecənin!
Gəl, tələs, demə ki, vaxt var...
...çıxıb getməyə qurulub
onsuz da bütün saatlar.
...hamı təkdi, tənhadı!
Hər kəs o təklikdən baxır...
...yer üzündə bu vaxtacan
kim-kimi tanıdı axı?!
...günahımı yuyarmı heç
gözümdən tökdüyüm yaşlar?
...əhv eləyin, uşaq vaxtı
yuvasın pozduğum quşlar.
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Qağayılar və sahibsiz itlər üstünə
...xəbər gözləmirəm heç kimdən daha!
Bir dilsiz balığam, məndə baxt hanı?!
Mənə öyrətdiyin sözə bağışla,
İlahi, sən mənə bir də vaxt tanı.
...xəbər gözləmirəm heç kimdən daha,
həsəd aparıram ota, yarpağa.
...İlahi, sən mənə bir də vaxt tanı!
Sənin istədiyin adam olmağa.
...həsəd aparıram tənhalığımdan
itə, qurda-quşa, ağ ayılara.
...küçələr sahibsiz itlərə qalıb,
sahil də quşbeyin qağayılara.
...xəbər gözləmirəm, qara xəbərdən
üzü qara olsun boz xəbərin də!
...adamlar bir yana, dərdi öldürür
məni yetim qalan küçələrin də.
...heç kimin heç kəsdən xəbəri yoxdu!
...Ay batıb, gün doğmaz sevgimdən daha.
...Tanrım, sən bilirsən, mən səndən özgə
xəbər gözləmirəm heç kimdən daha!
Darıxan ağac
(Ustad Əkrəm Əylislinin yetmiş yaşına)
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
...gəldim baxım boyuna,
görüm neçə haçadı.
Gəldim görüm neynirsən,
görüm ölüm necədi?
Necədi yarpaq gözün,
budaq əlin necədi?
Hələ kökün ölməyib...
...ölən qolun necədi?
Bu sarmaşıq tanışdı...
Solun-sağın necədi?
Boş qaranquş yuvası
tənhalığın necədi?
Necədi yalqız olmaq
fəsillərin birində;
De, bu boyda meşədə,
ağacların içində?
...mən də bezib, usanıb,
gəldim evdən, necədi?
...yarpağından de, əvvəl
ölən gövdən necədi?
O yarpağın, bu gözün,
bu qolun, o budağın...
...hönkürələr üstünə
mənim təkin qonağın.
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
Gizlənsəm bu payızdan
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
...gizlənsəm bu payızdan,
bəlkə, məni bağışlar.
...küləklər erkən əsdi,
erkən yağdı yağışlar.
...payız payız deyilmiş,
xatirə, yır-yığışdı!
...ömür — bir əlçim bulud,
bir udumluq yağışdı.
Bu da son payızımız...
...xatirələr dağılsa,
görəcəksən, ömrümdə
üç almasız nağılsan.
Bu son payız...boylanıb
çopur bir baş daşından.
...üstümə hönkürərsən
dünyanın o başından.
Görən niyə ağlıma
payızda ilkin gələr;
...Behrudda "Quzeylər"də
tüstülənən xəzəllər?!
...kimdi məni çağıran?!
Vaxtımdı, durum, gedim.
...getməyə yerim də yox!
Nə dedim, yalan dedim.
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
İçimdəki bir külək
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Mən hardayam, görəsən...
Səsim özümə çatmır.
...dualarım Tanrıya,
gücüm sözümə çatmır.
...göz dağıdı pəncərəm,
qapı deyil qapım da!
Kimim var ki, itirim,
nəyim var ki, tapım da...
Çox yorğunam, İlahi!
Məndən bezib bu can da...
Dadı qaçıb, şirindi,
çəkdiyim acının da.
Daha məni ovutmur
din-iman və sairə.
Kim qapısın açar ki,
bir allahsız şairə?!
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Hər şeyi hüznə buraxdım
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
...ayrılıq sarıb hər şeyi,
duman çökübdü hər yana.
İndi Allah da oxşayır
heç bir kəsi olmayana.
...payız gəldi, kölgəm öldü,
yenə açıldı bir yara.
...burda sözümə yağış yağır,
kənddə də boş bir məzara.
Hər şeyi hüznə buraxdım!
Bir balıq misalıyam qumda...
...bağda çiçəklərim öldü,
balıqlarım akvariumda.
Daha yağış, bulud kimiyəm...
...ağaca oxşaram bir az da.
Ağaclar yazda çiçəklər,
yazıq mənə, mən payızda!
Hər şeyi buraxıb gedəcəm,
qoşulub ölən çiçəklərə...
...dərddən öldüyüm bir ana,
bitib-tükəndiym bir yerə.
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
Manevr.az
Ay gəmi
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Al, götür, öldürür məni
bu balıq, yosun qoxusu...
...mənim yarımçıq nəğməmi
qoy başqaları oxusun.
...bağrı çatlar bu gecənin!
Gəl, tələs, demə ki, vaxt var...
...çıxıb getməyə qurulub
onsuz da bütün saatlar.
...hamı təkdi, tənhadı!
Hər kəs o təklikdən baxır...
...yer üzündə bu vaxtacan
kim-kimi tanıdı axı?!
...günahımı yuyarmı heç
gözümdən tökdüyüm yaşlar?
...əhv eləyin, uşaq vaxtı
yuvasın pozduğum quşlar.
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Qağayılar və sahibsiz itlər üstünə
...xəbər gözləmirəm heç kimdən daha!
Bir dilsiz balığam, məndə baxt hanı?!
Mənə öyrətdiyin sözə bağışla,
İlahi, sən mənə bir də vaxt tanı.
...xəbər gözləmirəm heç kimdən daha,
həsəd aparıram ota, yarpağa.
...İlahi, sən mənə bir də vaxt tanı!
Sənin istədiyin adam olmağa.
...həsəd aparıram tənhalığımdan
itə, qurda-quşa, ağ ayılara.
...küçələr sahibsiz itlərə qalıb,
sahil də quşbeyin qağayılara.
...xəbər gözləmirəm, qara xəbərdən
üzü qara olsun boz xəbərin də!
...adamlar bir yana, dərdi öldürür
məni yetim qalan küçələrin də.
...heç kimin heç kəsdən xəbəri yoxdu!
...Ay batıb, gün doğmaz sevgimdən daha.
...Tanrım, sən bilirsən, mən səndən özgə
xəbər gözləmirəm heç kimdən daha!
Darıxan ağac
(Ustad Əkrəm Əylislinin yetmiş yaşına)
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
...gəldim baxım boyuna,
görüm neçə haçadı.
Gəldim görüm neynirsən,
görüm ölüm necədi?
Necədi yarpaq gözün,
budaq əlin necədi?
Hələ kökün ölməyib...
...ölən qolun necədi?
Bu sarmaşıq tanışdı...
Solun-sağın necədi?
Boş qaranquş yuvası
tənhalığın necədi?
Necədi yalqız olmaq
fəsillərin birində;
De, bu boyda meşədə,
ağacların içində?
...mən də bezib, usanıb,
gəldim evdən, necədi?
...yarpağından de, əvvəl
ölən gövdən necədi?
O yarpağın, bu gözün,
bu qolun, o budağın...
...hönkürələr üstünə
mənim təkin qonağın.
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
Gizlənsəm bu payızdan
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
...gizlənsəm bu payızdan,
bəlkə, məni bağışlar.
...küləklər erkən əsdi,
erkən yağdı yağışlar.
...payız payız deyilmiş,
xatirə, yır-yığışdı!
...ömür — bir əlçim bulud,
bir udumluq yağışdı.
Bu da son payızımız...
...xatirələr dağılsa,
görəcəksən, ömrümdə
üç almasız nağılsan.
Bu son payız...boylanıb
çopur bir baş daşından.
...üstümə hönkürərsən
dünyanın o başından.
Görən niyə ağlıma
payızda ilkin gələr;
...Behrudda "Quzeylər"də
tüstülənən xəzəllər?!
...kimdi məni çağıran?!
Vaxtımdı, durum, gedim.
...getməyə yerim də yox!
Nə dedim, yalan dedim.
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
İçimdəki bir külək
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Mən hardayam, görəsən...
Səsim özümə çatmır.
...dualarım Tanrıya,
gücüm sözümə çatmır.
...göz dağıdı pəncərəm,
qapı deyil qapım da!
Kimim var ki, itirim,
nəyim var ki, tapım da...
Çox yorğunam, İlahi!
Məndən bezib bu can da...
Dadı qaçıb, şirindi,
çəkdiyim acının da.
Daha məni ovutmur
din-iman və sairə.
Kim qapısın açar ki,
bir allahsız şairə?!
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Hər şeyi hüznə buraxdım
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
...ayrılıq sarıb hər şeyi,
duman çökübdü hər yana.
İndi Allah da oxşayır
heç bir kəsi olmayana.
...payız gəldi, kölgəm öldü,
yenə açıldı bir yara.
...burda sözümə yağış yağır,
kənddə də boş bir məzara.
Hər şeyi hüznə buraxdım!
Bir balıq misalıyam qumda...
...bağda çiçəklərim öldü,
balıqlarım akvariumda.
Daha yağış, bulud kimiyəm...
...ağaca oxşaram bir az da.
Ağaclar yazda çiçəklər,
yazıq mənə, mən payızda!
Hər şeyi buraxıb gedəcəm,
qoşulub ölən çiçəklərə...
...dərddən öldüyüm bir ana,
bitib-tükəndiym bir yerə.
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar