Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Hər bir şeyə son verib bu dəm - gedək şərab içməyə!"

Tarix: 06-08-2023 10:53     Baxış: 2323 A- / A+
Sənubar MEHMAN,  
Özbəkistan Yazıçılar Birliyinin üzvü.



Leylinəfəs Sənubərəm!

Yer ilə göy arasında,
izindən pəst Sənubərəm,
Gözlərinin qarasında
qaşına qəsd Sənubərəm.

Meydən dinən, meydən
sönən ürək məndə,
İki dünyanın məstiyəm,
bir meypərəst Sənubərəm.

Tozum eşqdir, tufanım eşq,
abi-heyvanım sevgidir,
Asimanım, yerim eşqdir,
ah, eşqpərəst Sənubərəm.

Gəlişi qəlb, gedişi qəlb,
suyu, qumu, torpağı qəlb,
Getmə məndən, canım-konlüm,
könülpərəst Sənubərəm,

Sizə gəldim, böyük Xəyyam,
bu, nə afət, bu nə aram,
İki gözüm eşq dolu cam,
nuş elə, iç, Sənubərəm.

Məcnunlarım, məndən qaçın,
dövrəmdə hey bihuş uçun,
Qəbrinizi tezcə açın –
Leylinəfəs Sənubərəm.

Sağam, azarlıq istərəm,
dərdəm, xumarlıq istərəm,
Bir dəli varlıq istərəm,
etməyin bəhs, Sənubərəm.

Tanrı, göstər yolum hanı,
qəlbsizəm ki, qəlbim hanı?
Canım qədər sevdim səni,
bir xara xas Sənubərəm.

Məhv elədim səni könlüm,
könlümə qəsd Sənubərəm,
Axtarıb tap, məni könlüm,
tamam əbəs Sənubərəm.

Etməyin bəhs, Sənubərəm,
Leylinəfəs Sənubərəm!



Aşiqanə məktub

Qəlbimə eşqini yapsan, ölmərəm,
Bu eşqdən bir hikmət tapsan, ölmərəm,
Ölərəm, o ölən çağımda gəlib,
Mənim gözlərimdən öpsən, ölmərəm!

Bu gülgün duyğudan məst olub gəlsən,
Ayağa düşməyə süst olub gəlsən,
Mənlə yaşamağa qəsd qoyub gəlsən,
Bağrıma can kimi dolsan, ölmərəm!

Səmalar əzminə çağırsa səni,
Küləklər nəzminə çağırsa səni,
Leylilər bəzminə çağırsa səni,
Getməyib, gözümdə qalsan, ölmərəm!

Ömür ötər yazlı, qışlı, qırovlu,
Sorula “Necəsən?”, qalmayam lolu.
Sinəmdə bir əl var, oddan alovlu,
Sən ondan rahatlıq tapsan, ölmərəm!

Min il gözüm yaşlı, tutmur ev məni,
Çalıbmı cin, pəri, ya da div məni?
Sev məni, sev məni, bir də sev məni,
Sonra min il uzaq salsan, ölmərəm!

Qalmadı qərarım, dözümə taqət,
Bir söz deyib gedim, sözümə taqət.
Mən “Özümə gəlim”, özümə taqət,
Sonra bu canımı alsan, olmərəm!

Köksümə eşqini yapsan, ölmərəm,
Bu eşqdən Allahı tapsan, ölmərəm!
Ölərəm, əgər sən ölən anımda
Gəlib gözlərimdən öpsən, ölmərəm!



Payıza qəsidə

Payız – bu, məhəbbətin gözəl ölümü,
Qış isə -  ah, ağappaq cənazə.
Eşqin kamil etdi ürəyimi –
Gözlərin başladılar sözə.
Mən rənglərin çalarına məəttəl,
Həzin bir duyğunun qərib sədası.
Payız gözəllikdir əzəldən əzəl.
Payız təbiətə Tanrı cəzası.
Mətləbim, məqsədim, qədərim mənim,
Payız bağlarından aldım həvəsi.
Eşq mənim ruhuma elə hopub ki,
Susmaz qiyamətdə könlüm nəğməsi
Payız – ayrılığa qoyulan təməl,
Payız – bu könlümün qiblə, Kəbəsi,
Payız  - gözəl dövr!
O, hədsiz gözəl – Payız  - eşqə
Yaradanın cəzası!



Gözlərinə çöküb ölsəm, olarmı?

Hər kəs öz işinə batır dünyada,
Evi, gərdişinə batır dünyada.
Könlünü dünyaya satır dünyada,
Allahıma varıb, gəlsəm, olarmı?
Qəlbimi suvarıb, gəlsəm, olarmı?

Bir məqam istərəm, məqamdan artıq,
Bir aram istərəm, aramdan artıq.
Bircə an  könlünü et pay, qonaqlıq,
Mən onu haylayıb gəlsəm, olarmı?
Allaha dayayıb gəlsəm, olarmı?

Səhərlər açılar göyün qapısı,
Qafillər yatmaqda qəflət yuxusu.
Dəyməyin, qoy yerdə qalsın hamısı,
Göylərə baş çəkib gəlsəm, olarmı?

Sonra yer şərhini bölsəm, olarmı?
Sənubər, ağaclar gecə ay əmər,
Gecə aləm evə məyus çəkilər.
Gecə qüssə qəlbi  bəxtinə gömər,
Mən gülə çevrilib qalsam, olarmı?

Könülə çevrilib qalsam, olarmı?
Deyib, demədiyim etirazım var,
Çalıb, çalmadığım ürək sazım var.
Sənə etmədiyim sonsuz nazım var,
Sinəni aç, ora dolsam, olarmı?
Gözlərinə çöküb ölsəm, olarmı?



Gedək şərab içməyə

Naşükürlük pis işdir, amma-
Getmək gərək, yer var getməyə?
Hər şeydən keçdim mütləqa –
Xəyyam, gedək şərab içməyə!

Gözlərimi açsam iztirab,
Gözlərimi yumsam, iztirab.
Ən ağıllı, ən doğru cavab
– Xəyyam, getdək şərab içməyə!

Qəlbə nicat gətirər qəmlər,
Qəmə oxşar, zəif adamlar.
Bitməz, getsin bitməyən kəmlər-
Gedək indi şərab içməyə!

Fələk çalan ney oldu ürək,
Eşq odunda mey oldu ürək.
Baxın,  hazır, hey oldu ürək-
Gedək baba, şərab içməyə!

Cana dəyər cananları həm,
Könlümüzdə bu qədim matəm.
Hər bir şeyə son verib bu dəm-
Xəyyam, getdək şərab içməyə!

Yanıb getsin, odpərəst dünya,
Gah islam, gah bütpərəst dünya.
Qarı qıztək nazı pəst dünya –
Yanın, getdək şərab içməyə!

Biz mərd gedək, divanə qalsın,
Qalsa, bizdən əfsanə qalsın.
Başda dinclik nişanə qalsın,
Xəyyam, gedək şərab içməyə!

Deyin, harda qəlb əhli vardır,
Nişapura ya, Reyə gedək.
Hər bir yerdə aşiqlər xardır,
Onunçün də, meyə gedək!

Nədən daim qəlb əhli xardır,
Könül, əziz bir yerə yetək.
Artıq bu cür həyat azardır,
Durun, şərab içməyə gedək.

Bağışlayın bu şair qızı,
Gedək göydən də yüksəyə.
Yığışdırın çadırlarınızı,
Gedək, Xəyyam, şərab içməyə!

Təqdim etdi Cahangir Mirzə
Azərbaycan türkcəsinə uyğunlaşdlran Şahməmməd Dağlaroğlu

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar