Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Allahdan verilən böyük bir ənam, Rəbbin nəzərində olmaqdı sevmək"

Tarix: 04-08-2023 18:17     Baxış: 2316 A- / A+
Münəvvərə USMANOVA  
Özbəkistanda nəşr olunan
"SƏADƏT" jurnalının baş redaktoru.



SƏN BELƏ BİR XALQI HARDAN TAPASAN? 

Ey qaranquş, tələsirsən haraya,
Oxuyursan, nə qəm düşüb araya?
Eyvanında  quş tikdiyi yuvaya
Baxıb qalan xalqı hardan taparsan?

Yuvasından həşəm düşsə, haylayıb,
Öz yerinə qaytarmağı iş sayıb.
Balaların uçuşunu gözləyib,
Sadiq duran xalqı harda taparsan?

Bu bir el ki, qəlbi genlikdə xatəm,
Yeddi dəfə ölçüb, atmaqda qədəm.
Qəlbinin evinə üz versə də qəm,
Gülüb baxan xalqı harda taparsan?

Bircə gün gəlməsə evinə qonaq,
Canın həlak edər, kefsiz olaraq.
Quşlar oxuyanda, gecələr ancaq.
Çörək yapan xalqı hardan taparsan?

On olsa  – hərənin yeri tək deyər,
Bir gün olar mənə o, dirək deyər.
Oğul el işində var, gərək deyər -
Deyib doğan xalqı harda taparsan?

Elinə baş çəkər gələndə bahar,
Sağlamlıqdır deyib, evin ağardar.
Gözünə gül-çiçək tutub da ağlar,
Belə bağban xalqı hardan taparsan?

Hal sorsan, süfrəsin açacaq dehqan,
Ömründə bir dəfə deməyib yalan.
Yerin göbəyini üzməyə imkan,
Qüvvə tapan xalqı hardan taparsan?

Hər övlad odur əzəldən məkan,
Zəhmət çəkib tapar xoşbəxtliklə şan.
Özü dirək durar, özü də tavan,
Belə olan xalqı hardan taparsan?

Quzğuna, qartala tor qurmaz ancaq,
Fikrini xətadan saxlayar uzaq.
Qonşusu öləndə qırx gecə çıraq,
Yandıran xalqı sən hardan taparsan?

Qaranquş, ey belə tələsən sənəm,
Getmə, qarlar yağa, bunun nəyi qəm?
Quşun yuvasına gecələrdə şəm,
Çıraq tutan xalqı hardan taparsan?
Sən belə bir xalqı hardan taparsan?...



SEVƏNDƏ BELƏ SEVİN...

Saf sevgi sönməz

Sevmək – bu, dörd  fəsil titrəyən candır,
İztirab içində qalmaqdı sevmək.
Allahdan verilən böyük bir ənam,
Rəbbin nəzərində olmaqdı sevmək.

Sevmək – köksündəki quşa inanıb,
Göylərə uçmağa  can atmaq demək.
Sevilmək – alışıb, ulduztək yanıb,
Ən gözəl qadınla bir olmaq demək.

Sevmək – bu, igidlik, istəsə yarın -
Ömrü əzizini çatdırmaq ada.
Sevilmək – cəsarət, qəlbdə vüqarın -
Tənha güc göstərmək bir qoşun yada.

Yarım, dözməliyik artıq, azına,
Eşqi təşvişlərə dəyişmək olmaz.
Düşəndə bir düşdük həyat toruna,
Saf sevgi yüz ilə sönməz, azalmaz.

Təqdim etdi:
Cahangir Mirzə

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar