Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

"İçib xumarlanan vəzifəpərəst, badəni qaldırdı rüşvət eşqinə"

Tarix: 25-07-2023 09:46     Baxış: 3302 A- / A+


Zaur Ərmuğan




RÜBAİLƏR

Vəzifə hərisi olan bir nəfər
Rüşvət meydanında çalmışdı zəfər.
Bir gün gedər oldu vəzifəsindən,
Elə bil məzara eylədi səfər.
***
Vəzifə dalınca qaçırdı bir kəs,
Çirkli pullar ilə alırdı nəfəs.
Cinayət başında yaxalandı o,
İndi yeri olmuş qaranlıq qəfəs.
***
Biri söz söylədi qüdrət eşqinə,
Biri nəğmə dedi zəhmət eşqinə.
İçib xumarlanan vəzifəpərəst
Badəni qaldırdı rüşvət eşqinə.
***
Sən öz içindəki nəfsini öldür,
Demə, dünya fani, ömür beş gündür.
Yaxşı əməllərlə əbədi ol sən,
Sən şeytan nəfsini tapdala, söndür.
***
Nəcib şəxs yanında saxla dilini,
Ona ehtiramla uzat əlini.
Ağzına nə gəldi, danışsan əgər,
Sən rüsvay edərsən bütün elini.
***

Birinin əlinə keçdi xeyli pul,
Hərəni özünə eylədi tez qul.
Bir gün var-dövləti çıxdı əlindən,
İndi öz qisməti olub köhnə çul.
***

Nəcib arzuların şöləsi sönmür,
Haqq sevən öz doğru yolundan dönmür.
Dedilər: - Yaxşılıq nədir bəs? Dedim:
-Varlığı əməldir, yaşayır, ölmür!
***

Dünyanın sirrini aça bilən yox,
Bu sirrin sehrindən qaça bilən yox.
İnsanı günəşə bənzədir çoxu,
Fəqət gün kimi nur saça bilən hox.

2015

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar