Xəbər lenti
"Kitab ən sadiq dostumdur, məni aldatmadı zəndim"

Ölkəsində fəaliyyət göstərən Gənclər Birliyinin Denov rayon Şurasının sədridir.
Onun şeirləri bir çox qəzet və jurnallarda dərc edilib. “Ürəyimdəki arzular” adı ilk şeirlər toplusu 2021-ci ildə, “Şeirə özünü əsir elədi” adı ikinci kitabı 2022-ci ildə işıq üzü görüb. Bu il isə növbəti kitabı Amerikada çap olunub. Eləcə də Şahnoza xanımın şeirləri Amerikada nəşr olunan “Özbəkistanın istedadlı səsləri” antologiyasında yer alıb. Uğurlar diləyirəm!
N.Dəlidağlı
Manevr.az Şahnoza Oçildiyevanın iki şeirni oxucularına təqdim edir
Kitab
Qəlbim işıq istəyirdi,
günəşə əl uzatdım.
Mehrimi saldım kitaba
bütün arzulara çatdıım.
Qəlbim elmin qapısıdır,
çox oudum, öyrəndim.
Kitab ən sadiq dostumdur,
məni aldatmadı zəndim.
Azərbaycan dilinə uyğunlaşdıran: N.Nəriman
Xəyallarım
Deyirlər uçuran qanaddır xəyal,
Eh, alıb o səni hara uçurmaz?
Varmı elə insan xəyallarında,
Əsən küləkləri havada qucmaz.
Görürsən, məni də qucdu xəyallar,
Arzular tərəfə alıb apardı.
Doldurub şadlıqla geniş dünyamı,
Canlandı ətrafda hər nəsə vardı.
Gəzdim Amerkanı, Parisi, Rimi,
Heyrət lal elədi sanki dilimi.
Qucaq açdı mənə doğma Türkiyə,
Vətənçün darıxan gördüm qəlbimi.
Gördüm neçə-neçə yeni ünvanlar
Üzdə bir an güldüm, ovunub baxdım.
Dayanıb baxanda mavi dənizə,
Ey ana Vətənim, sənsiz darıxdım!
Belə döndərdimi xəyal yolları?
Bir anda qayıtdım Özbəkistana.
Qəribə bir şadlıq, xoş bir hissiyat,
Başqa bir rahatlıq yayıldı cana.
Azərbaycan dilinə uyğunlaşdıran: Ş. Dağlaroğlu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar