Xəbər lenti
Adilə Nəzər Zülfüqar Hüseynzadəyə şeir həsr etdi:"Getmə, dedim, gözlə..."

SİMFONİK ŞEİR
(ixtisarla)
Getmə, dedim,
gözlə,
yağışlar yağsın…
Yusun Göyçə gölünü,
Kəlbəcər İstisuyunu,
Soyuqbulağı…
Bax, çoxalıb yağışlar, leysanlar, sellər…
Lənətlənmiş insanlar girib o sulara,
Gözlə,
yağışlar yuyacaq.
təmizlənəcək bizim ellər…
sonra səni tanıyacaq
göllər…
Bilirəm qulaqlarında hələ də
ulu dağların uğultusu,
yaşıl meşələrin vəhşət musiqisi var.
Qapqara bir dünənin ağrısı sıxır ruhunu…
Ya da üç min mərmi yeri ağrıdır bədənini…
Getdin
nə gördün oralarda?!
Qırıq aynalar gördünmü –
biri əlləri,
biri ayaqları,
biri başı,
o biri gövdəni göstərən?!...
hansında
çeynənmiş qanlı otlara ağlayan
bir cüt göz vardı?!
Ya uzaqlarda?…
uzaqlarda
köpək balıqlarının azı dişlərini gördünmü
xaçlı səfərlərini xatırladan?
Dörd tərəfdə ilbizləri görüb
dərdini sığdırammadımı yerin üstünə?
İndi sənin dünyanda bəlkə də axşamdır,
oranın axşamları da mavidir…
Mavi dağlar,
mavi çaylar,
mavi ağaclar…
mavi gecələr
bənzəyirmi dənizə?
Nə deyir Üzeyirin yarımçıq qalmış operasında “Firuzə”?...
Qaldır başını,
danış…
dan yerində unutdunmu gözlərini?
Burax,
istədiyi qədər fırlansın dünya,
ölməkdən asan nə var ki, onda…
bir də zəhər kimi kədərdən…
Adilə Nəzər
21.06.2023
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar