Xəbər lenti
Vətən söz yox, vətən anddı, vətəndaş - ŞEİR
Təranə Dəmir***
Vətən ana, vətən torpaq, vətən eşq,
Vətən qaya,vətən çiçək, vətən daş.
Vətən, Vətən bağırmaqla olmur e,
Heç bilirsən nə üstədi bu savaş?
Vətən söz yox, vətən anddı, vətəndaş.
Hər naləsi ürəyindən keçməli,
Hər ağrısı kürəyindən keçməli,
Məhəbbəti bələyindən keçməli,
Sevgi zorla alınmır e, a "qardaş",
Vətən söz yox, vətən anddı, vətəndaş.
Çəpərindən yolunacan vətəndi,
Tikanından kolunacan vətəndi,
Təpə-dırnaq bu ruh, bu can vətəndi,
Məndən keçir ayağına dəyən daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.
Damarından kafir qanı axdısa,
Taxtın, tacın axırına çıxdısa,
Ürəyində el qeyrəti yoxdusa
Elə get ki, dalınca da qara daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.
Vətən qaya, vətən çiçək, vətən daş!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























