Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Ağac rəngində sevgilər yıxılır, qonur çöllərin üstünə..." - Cavid Fərzəli

Tarix: 30-04-2023 12:16     Baxış: 3567 A- / A+
Cavid Fərzəli

Qovaq ağacı

Bir axşam lal küçədə, 
Mənə səni xatırlatdı qovaq ağacı.
Elə bil üzündən qoparıb üzünü, 
Elə bil ayrılıq dərib ayaqlarını. 

Bir az qulaq verdim, səsini duyum,
üzünü görüm deyə, ayrılığım! 
Baxdım, 
Bir dilsiz baxışdan
Ağac rəngində sevgilər yıxılır,
qonur çöllərin üstünə. 

Əllərim bətninə düşür,
Sənə sarı kar axşamlarda. 
Bir bilsən, qovaq xanım,
Yarıağac yolları gözləməkdən, 
Alatoran küçələrin addımlarını balta kəsir, 
Əllərim qanına batır sənsizliyin... 

Yarıqadın ağaclarda,
Yarpaqların axşam düşür sənin,
Barmaqların çiçək soyundan doğulur.
Bağışla, gecikdim əllərinin baharına, 
Daha ağacların ürəyin əritməz bir çiçək...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar