Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Sükut tıqqıldadır saat səsini, dartır əqrəbləri qara nöqtələr" - ŞEİRLƏR

Tarix: 19-04-2023 14:19     Baxış: 3353 A- / A+
Qabil Dərdli

Azərbaycandan Türkiyəyə könül yolçuluğu... 
 Bu dəfəki könül yolçumuz istedadlı şair Qabil Dərdlidir. May ayında  qardaş Türkiyənin bir neçə şəhərində olması nəzərdə tutulan “Könül yolçuluğu” layihəsində şair Qabil Dərdli də  iştirak edəcək. Qabil bəy İxtisasca  mühəndis-mexanikdir. "Üşüyür qolumun sən tutan yeri",  "Siyahıda 6-cı söz"adlı şeir kitablarının müəllifidir. "Xəzinə-1", " Xəzinə-2", " Xəzinə-3", "Şairlerden bir demet", "Cahana sığmazam", 
"Durum gedim eşqimgilə" və s. antologiyalarda, müxtəlif sayt, qəzet və dərgilərdə şeirləri dərc olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 
Aprelin 26-da Qabil Dərdlinin Azərbaycan Yazıçılar Birliyində “Siyahıda 6- cı söz” adlı şeirlər kitabının imza günü keçiriləcəkdir. Şairə  yaradıcılıq uğurları arzu edir və  bir neçə şeirini Manevr.az saytının oxucularına təqdim edirəm. 

Nazilə Gültac, şair, həkim 
“Könül yolçuluğu” layuhəsinin Azərbaycanda rəhbəri  

 
***
    
Gör, saat neçədir,
Sən yoxsan, amma...
Ləngimisən,
nədən bilmirəm yenə.
Yazıq qapım bezdi baxışlarımdan,
Telefon da darıxdı əllərimdə.
Pəncərəmin gözlərinə su gəldi,
Aralanıb durdu yazıq pərdələr.
Sükut tıqqıldadır saat səsini,
Dartır əqrəbləri qara nöqtələr.
Lənətə gəlsin, bu sakitliyi,
Gəl!..
Gəl,
Ya da yaz bir kəlmə,
ki darıxıram.
Ki sənsiz mənim də gün deyil günüm.
Tapışa hardasa arzularımız,
Barışa hardasa bu əllər yenə.
Baxışlar görüşüb ürəkdə dinə.
Eşqin alovunda görünə bir iz.
Gör saat neçədir,
Bu qaranlıqdan,
Qorxuram ki, qorxar məhəbbətimiz.

Uzatdı əlini yuxuda mənə,
Tutdu əlimdən bir az.
Sığalladı üzümü,
Saxladı əlini üzümdə xeyli.
Nəsə pıçıldayırdı barmaqları qulağıma,
Baş barmağı da dodağıma
nəsə deyirdi sürtünərək.
Sanki, danışma,
ehtiyac yoxdur sözlərə, sus,
amma bax,
bax deyirdi.
Mənim gözlərim 
-gəl,
Onun gözləri
-yox deyirdi.
Əlini çəkdi geri.
Oyandım, 
od tutub yanırdı əlinin yeri.

 ***

Birimiz ulduzuz, birimiz ayız,
Bir-birimiz için Tanrıdan payız.
Siz bizim, biz sizin yanınızdayız.
Canım Azerbaycan, canım Türkiye !

Qardaş yuvasından sert rüzgar ötse,
Aşar yollarında tuvarlar bitse. 
Arayır her daim gözünden itse,
Hanı Azerbaycan, hanı Türkiye ?

Gözü dört açılır, kalmaz uykuda,
Bakar Ankaradan, bakar Bakudan.
Yıkıyır her tamla düşman akıtan
Kanı Azerbaycan, kanı Türkiye !

Verdiyse yüz her ne bela yurduma,
Qardaş deyip durduk sırtı sırtıma.
Hamıdan tez odur koşan yardıma
Tanı Azerbaycan, tanı Türkiye !

Bu kuru cismimden can çıkanadek,
Damarda son tamla kan akanadek.
Benimsen, gözüm son kes bakanadek,
Benim Azerbaycan, benim Türkiye !


SEZON FİNALI

Nə filmdir bu belə?
Bilet yox, kassa yox,
Qapılar açıq.
Seyrçisi milyard oldu,
İlk günün 
Ekspromt çəkilişində.
Nə yazıq ki,
"Bu filimde hiç bir canlıya zarar verilmemişdir" sözləri yazılmamışdı 
saat 4-16 da...
Və...
Bu da başlanğıc...
Divarlar alqışladı ilk səhnəni.
Bütün qəhrəmanlar töküldü meydana...
Bir birinə
"İyi gecələr" diləyənlər
Dəydi bir birinə,
Uçurkən göyün
3-cü, 5-ci, 7-ci qatlarında.
Yer göyə qarışdı,
Göy yerə düşdü...
Bir anda dar məzara döndü
geniş yuvalar.
2 ayaq bəs etmirdi qaçmağa bu dəhşətdən.
Heyvanlar daha şanslı idi insanlardan...
Beton dişli əjdahaya dönmüşdü evlər.
Kimi harda tutdu orda alırdı soyuq,
dəmir dişlərinin arasına...
Bax görüm kənardan, necə baxırsan.
Duy görüm bu acını !
Hiss et...
Budur dünyanın faniliyi,
Budur həyatın gerçəkliyi...
Qarışqa boyda yaxınlığa möhtac qalar
bəzən fil boyda adam.
Bir cınqıltı,
bir hənirti,
bir tappııtı
təsəlli olar
daha bir neçə saat gözləməyə
gecə-gündüzü bilinməyən
qaranlıq yuvada.
O yuva ki,
divarı üstdən basır,
Tavanı qaçır ayaq altından.
Daş yastıqlar çox görmüşdü bu millət
cəng meydanlarında.
Daşa yastıq olan başlar gördü indi də.
Görəsən soyuq daşlar rahatdırmı
İsti bədənlərin üstündə...
Amandı,
incitməyin o daşı.
Tərpətməyin betonu.
Ehtiyatla davranın,
dəyişməsin yerini.
Başqa yataqların
gücü yox saxlasın onu...
Havası toz dumanda,
İşığı göz yumanda,
İstisi buz damanda
Qaldığı yerdən tərpənməz adam.
Əlini uzadanın  kimliyinə varmaz.
Barışar beləcə bir çoxları
taleyi ilə
ümidi kəsilincə səssizcə.
Köməyə kimsə gəlsin deyə
İnildər, zarıyar adam...
Daş kimi ürəklər əriyər
bu filmdən,
Acı suyu axar
donmuş gözlərdən.
Ne yazıq ki,
film deyil, 
gerçək ssenarisidir
Yaradanın.
İlk səhnədə
yaratdıqı on minlərlə qəhrəmanın finalı...


DİLƏ MƏNDƏN

Bəs mən nə dedim, incidi yarım belə məndən,
Yoxsa ki küsübdür dünənindən elə məndən?

Mən ərz elədim, qoy başını si'nəmin üstə,
Təriflər axıtdım yenə teldən telə məndən.

Dəydikcə bu kor əllərim həsrət ilə hər dəm,
Əhsən deyir əndamına, nazik belə məndən.

Bircə sənə ünvanlanıb, ey gül, bu qəzəllər,
Özgə birilər sanma ki, tərif bilə məndən.

Sevda elə bir hisdi ki qadın-kişi bilməz,
Ver könlünü yox fərqi ki səndən gələ, məndən.

Şirazi Səmərqənd Buxara verdi hədiyyə,
Mən canımı verrəm, təki, canan, dilə məndən.

Qabil deyib öz sözlərini eylədi bəxşiş,
Ol yarıma, ol sevgilimə, ol gülə məndən.

Qabil Dərdli 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar