Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Sən indi hardasan, hardasan yavrum...- Rəfail Tağızadə

Tarix: 07-04-2023 09:16     Baxış: 3563 A- / A+


Sən indi hardasan, hardasan, yavrum
 
Zəlzələdə qazıntılar altından tapılmayan körpə qızına atasının dilindən
 
De görüm, hardasan, hardasan yavrum?
Söylə yer altında, ya göydəmisən?
Səsin eşidilmir, səndən xəbər yox,
Torpaqmı, səmamı apardı səni?!
O gecə üzündən öpsəydim sənin... 
Çəməni, çiçəyi öpərdim... İndi
Torpağı öpürəm, daşı öpürəm.
İçimə süzülən yaşı öpürəm.
Yorğanın hardadı, yatağın harda?
O körpə qolların üşüyür indi.
Gözlərin yolumu gözləyir indi.
Bəlkə də baxırsan, görürsən məni,
Özünə açdığın kiçik oyuqdan.
Qısılıb donursan, yəqin soyuqdan.
Sənsizlik yükünü qaldırmaq çətin,
Olanı olmaza aldırmaq çətin.
Daha səsin gəlmir, sorağın da yox,
İndi haralarda axtarım səni?
Ölüm quyusundan, dərd quyusundan?
Mənim Günəşimsən yerin altında.
Şimaldan, cənubdan doğa bilərsən...
Təzadlı fikirlər gəzir başımda.
Bəlkə də, Tanrının öz yanındasan. 
Mənim gözlərimsə, dağıntı altda.
















Rəfail Tağızadə
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar