Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Cavid FƏRZƏLİnin "Müharibə günü"

Tarix: 19-03-2023 14:37     Baxış: 4238 A- / A+




CAVİD FƏRZƏLİNİN YAZILARI
Cavid  FƏRZƏLİ


MÜHARİBƏ GÜNÜ


Müharibədən gələn xəbər
Ürəyimi gülləliyən an,
Doğum evinin başında
Bir ana bulud daşıyır çiyinlərim.
Yüyürüb bir çağa həsrətin
arxasında gizlənir əllərim.
Yolunu gözlədikcə doğum
gününün.
Yollar sancı çəkir ayaqlarımda.

Bir az keçmiş,
tibb bacısı oğlumun
üzünü Tanrıdan gizlədib gətirdi
kor bir pəncərəyə.
Gördüm gözlərini,
Ağaclar sevinc gətirdi qollarıma,
Qucağıma aldım doğum gününü.

Müharibədən gələn xəbər;
Qarşı pəncərədə
Körpə bir səs atasız qalır.
Hardasa bir ana oğlunu mərmilərin
yadından çıxarır.

Müharibə şəkilli adamların
arasında,
Kəpənəklərə dil öyrətməkdir
addımlarını böyütmək…

Rəqəmlərin ölümüymuş doğum
günün.
Cibimdə çağırış vərəqi, dilimdə
doğum günün dayanmışam
müharibənin ağzında.

Doğum günündən uzaqlaşdıqca,
oğlum!
Gözlərimdə uşaqlar müharibələrlə
yaşıd qalır,
Axı anaların qucağı həmişə körpədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar