Xəbər lenti
Könül yolçuluğumuz Gülzira Şaripova ilə davam edir...
Gülzira ŞARİPOVA
Bu dəfəki könül yolçumuz-könül yolçularımızın könül dostu şair, tərcüməçi əziz Gülzirə xanımdır. Bir neçə gün əvvəl onun dünyaya gəldiyi gün idi.
Azəraycanda da tanınan və dostları tərəfindən sevilən Gülzira Şaripovanı doğum günü və qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar bayramı münasibətilə Manevr.az saytı və könül yolçularımız adından ürəkdən təbrik edir, ona can sağlığı, xoş günlər arzu edirik. Şair, tərcüməçi, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olan Şahməmməd Dağlaroğlunun tərcüməsində Gülzira
xanımın bir neçə şeirini sizə təqdim edirik.
Nazilə Gültac şair, həkim,
“Könül yolçuları” layihəsinin Azəraycandakı rəhbəri
Gülzira Haşımcan qızı Şaripova 1957-ci ildə Oş vilayətində anadan olub. Ali təhsillidir. Daşkənd
Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Məhkəmə, prokurorluq, icra və ədliyyə
orqanlarında çalışıb. Hazırda “Demokratiya və insan hüquqları” institutunun Daşkənd vilayət
ərazi bölməsinin direktorudur. Azərbaycan Yazıçılar birliyinin fəxri üzvüdü
Sayxanın sahilində
Sayxanın sahilində
Söyüdəm, salxımsaçam.
Səhər-axşam daranar
Sularda qıvrım saçım.
Hər səhər günəş öpər.
Yaşıl yarpaqlarımı.
Yelləndirər küləklər.
Nazik budaqlarımı.
Baxıb güzgülənərəm,
Hər gün mavi sulara.
İsti yuva oluram,
Baharda qumrulara.
Ötər başım üstündən
Payız durna qatarı.
Əyilib öpürəm mən
Sirr dolu dalğaları.
Söyləyirəm dərdimi.
Gecə xəlvətcə Aya.
Yaşıl hörüklərimlə
Adını yazdım çaya.
İçimdə eşq atəşi,
Hər vaxtı kirpiyim nəm.
Sahildəyəm mən həmən,
Gələr deyib gözlərəm.
SƏN GƏLSƏN...
Sən gəlsən...
Zülmətdəki evim nurlanar birdən,
Çəkilər bir anda dağtək iztirab.
Təşrifin bir dünya fərəh bağışlar,
Qəlbimi isidən günəşdir hesab.
Sən gəlsən...
Ürək yaza dönər, donduran qışda,
Açılar tağçada mürgü döyən gül.
Öpər yarpağını, baharı umub,
Çevrilər gülzara divanə könül...
Sən gəlsən...
Nəğmələr oxuyar uçuşan quşlar,
Ətrafda dörd tərəf sanki bayram, gəl.
Allaha şükürlər eləyib bu dəm,
Astadan deyərəm: “varlığın gözəl”.
Ayrılıq
Ayrılıq - ağrılı “kiçik bir ölüm”,
Getsən, layiqli get, könül sındırma.
Əfsus, peşmanlıqla dönməyin mümkün,
Keçdiyin körpünü əsla yandırma.
Kiçik bir cığır da olsa saxla ki,
Başladın yenidən bəlkə hərəkət..
Hicranı qucaraq yaşayan mələk,
Səni əfv etməyə O qadir, fəqət.
Məktubumu göyərçinin qanadına bağladım
Məktubumu göyərçinin qanadına bağladım mən,
Dedim: yara yetişəndə, salam söylə ona məndən.
Pərvazlanıb, qanad çalıb buludlardan uçub keç sən,
Gen səmanın özü qədər arzuları qucub keç sən.
O bivəfa yarıma sən yetən anda, çatan saat,
Məktubumu ona verib, geriyə dön, sağ-salamat.
Vaxtın olsa, uçub yenə, ona sarı üzünü tut,
Bəlkə namə göndərəcək, hicran dərdin sən də unut.
Sahibinə qaytarılsın Qarabağ!
Neçə ildir ürəyində dərd, ələm,
Dadsız olub gördüyü gün, ay da həm.
Tapa bilmir əzabına heç məlhəm,
Sahibinə qaytarılsın Qarabağ!
Tutdu yurdu yağı məkri, fitnəsi,
Əlacı yox, yaralıdır sinəsi.
Dost ellərdən gəlməlidir xoş səsi,
Sahibinə qaytarılsın Qarabağ!
Qarabağsız qəlbi şöləsiz, zülmət,
Əfsus, qaçqınları çəkir əziyyət,
Qarabağ qayıtsa sevinər əlbət,
Sahibinə qaytarılsın Qarabağ!
Gözlərdə görürəm qəm dolu həsrət,
Şəhidlər rahatsız, tapmır sükunət.
Ey odlar ölkəsi, topla mətanət,
Sahibinə qaytarılsın Qarabağ!
Haqsız qənim, bir bu qədər çağlama,
Yaman niyyət ilə ülfət saxlama.
Allah, ədalətə qapı bağlama
Sahibinə qaytarılsın Qarabağ!
Vətənpərvər övladları mərd, halal,
Düşmən gülləsindən tapdılar zaval.
İnsan ömrü gördü bunca qalmaqal
Sahibinə qaytarılsın Qarabağ!
Yetər, gülsün daha əsil səadət,
Tapsın öz yerini qızıl həqiqət.
Sülh yolun bəyənsin gərək hər dövlət,
Sahibinə qaytarılsın Qarabağ!
Türk dilli insanlar bir bütöv millət,
Əl-ələ yapışın, göstərin qüvvət.
Dostluqda görünər güc ilə qüdrət,
Sahibinə qaytarılsın Qarabağ!
Sevə bilərsənmi sən də mənimtək?
Səmamı bürüsə qara buludlar,
Dostlar uzaqlaşıb, sevinsə düşmən.
Əgər bəxt gedərsə, qəlb viran olar,
Varsanmı yanımda, sevimli yar, sən?
Bir gün uzaqlaşsa bu yaxın yolum,
Yetişə bilməsə əlim əlinə.
Dərdimə diləyib şəfalar, dözüm,
Söylə, olarsanmı yanımda yenə?
Könlüm incik, gözlərimdən damar yaş,
Lakin hələ gülüşməyə səbir var.
Sənə görə son anımda əyim baş,
Yanımda varsanmı de, sevimli yar?
Tək qalıb, eşq üçün olsan əgər zar,
Dözmərəm ruhumu yuyarsa azar.
Bir zərif ürəyi zənn edib gülzar,
Yada salarsanmı, de, sevimli yar?
Sevə bilərsənmi məntək, əziz yar!
SƏNİ SEVİRƏM
Məhəbbət dərdi çox ağır,
Eşq sehrindən dərdli bağır.
Çiyindaşın gərək axır,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
Uzaqdır Məcnun səhrası,
Var yenə Tahir-Zöhrəsi.
Zövqdür eşqin son çevrəsi,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
Sevən oddan yara alar,
Aşiqlər eşqdən saralar.
Ürəklərdə eşq yer alar,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
Artıq bəxt yox bil, sevməkdən,
Çəkinmə yaxın gəlməkdən.
Şərəf – sən deyib ölməkdən,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
KÖNÜL ETİRAFI
Yarım, səni mahnılarda sədalara tay bildim mən,
Ay hüsnünə hərdəm düşən nidalara tay bildim mən.
Susuzluqda razı olub, gəzdim sonsuz səhraları,
Sən bir ulduz, göy üzündə sədalara tay bildim mən.
Olmaq azdır, bu dünyada yaşa ürək ocaqlarda,
Tanrı bizi hifz eləsin hicranlardan, fəraqlardan.
Səni dedim, tək tapıldın bu gün dostlar dünyasında,
Bizə qənim olan dillər ötsün daim uzaqlarda.
Allah özü köməkçidir, ilham alaq bu canlardan,
Səhər durub gülə baxdım, nəva tapdım o danlardan.
Yarım, sənə ürəyimdə nə vardısa izhar etdim,
Özün qoru, Yaradanım, bizi vaxtsız xəzanlardan.
Əsdi sübh çağının yeli qəflətən
Əsdi sübh çağının yeli qəflətən
Alıb qaçdı mənim söz-söhbətimi,
Uzaq keçmişlərə, ötən illərə,
Yada saldı odlu məhəbbətimi.
Sən idin qəlbimdə açan bir çiçək,
Ətrin bu dünyanı tutmuşdu tamam.
Bu gün məhəbbətlər bir adi çöptək,
Sənin sevgin isə təkrarsız və tam.
İllər belə ötdü, fərəhli, kövrək,
Kövrəyi sonradan yad etmək neçün?
Hələ də o eşqin əlindəyəm mən,
Daima qəlbimi isitdiyiyçün.
Hələ qoruyuram məhəbbətini
Qoymaram toxunsun ona bir zaval.
Sənsiz yaşamağın mənası yoxdur,
Əgər gərəkdirsə, həyatımı al.
Gecikən deyilsən, bunu bilirəm,
Ürək səsləyəcək məni hər zaman.
Tanrı ulduzumu bir yerə sancmış,
Həmən o ulduzam, elə parlayan.
SƏNİ CANDAN SEVİRƏM MƏN
Hicranından olub ürəyim xəstə,
Gah şad olur, gah da deyir şikəstə.
Sevgim köçüb, tablaşıram mən asta,
Yenə səni gözləyəcəm.
Safdır məhəbbətim, eləmə sən ar,
Könlüm ağlar, eşq yolunda olub zar.
Yollarında gözüm qalıb intizar,
Yenə səni gözləyəcəm.
Sənsiz bilirsənmi, qış olur günüm,
Gəlsən, çıraqbandır gecələr önüm.
Əgər haraylasan: “Gəl!” – deyə, gülüm,
Sənin hüzuruna mən gələcəyəm,
Səni candan sevəcəyəm.
QISQANCLIQ
Acı oldu yarın ürək azarı,
Saralıbdı ürəyimin gülzarı.
Ucuzlaşıb məgər eşqin bazarı?
Xəyanətlər çoxalıbdır yar, indi,
Məhəbbətim sədaqətə zar indi.
Unutdunmu yarım, eşqdə təlimi,
Tapmalıydım səntək sevgi gülümü.
Bir gün gəlib öpəcəksən əlimi,
Xəyanətlər çoxalıbdır yar, indi,
Məhəbbətim sədaqətə zar indi.
KƏPƏNƏK
Çəmənlərdə uçan kəpənək,
Qanadlarının yoxdu tayı.
Uşaqlara tutulmağın istək
Görmüsənmi səmanı, Ayı?
Yenə də şadlan, uç biqubar,
Uçub qon, bağrıgen güllərə.
Bir günündə həyat zövqü var,
Ömrün tən olsun yüz illərə.
MƏHƏBBƏT
Məhəbbət – ad almış bir duyğu,
Qəlbimin torunda bayıldı.
Tapantək yeni bir dərd duyan,
Eşq olub dünyaya yayıldı.
Nə qədər dadlıdır vüsalı,
Dinəndə lal etdi dilimi.
Sevməkdir onun tam xəyalı,
Hicranı yandırdı qəlbimi.
Məhəbbət gizlənib canımda,
O səndə gözləyir cəsarət.
Özgələr duymasın eşq sirrin,
Danma, var könlündə şücaət.
AZƏRBAYCANLI DOSTLARIMA
20 Yanvar faciəsinə və dostların ürək ağrılarına
Qaldı mənim xatirəmdə,
Dost başına gələn bəla.
Vətən! – deyib, getdi gənclər,
Elə, yurda bağlı bala.
Boğazdakı söz – azadlıq,
Deməliydi, deyəmmədi.
Yağı düşmən qəzəbindən,
Azəri xalqı enmədi.
Qaldı burda ağlar, nalan,
Əzaba dözdü analar.
Sevən yar yolunda duru b,
Qızlar gözlədi çar, naçar.
Nə gün gördü azər elim,
Bu nə yazıdır alnında?
Əzab yetdi düşmənindən,
Dost tapılmadı yanında.
Bu gün gördüm, əlvan rəngli,
Gül töküblər ayağına.
Azər elində oğullar.
Şəhid olmuş gənc çağında.
Dostum, bu gün çox üzüldüm,
Tapmaq olmur sənə təskin.
Əlvan rəngli güllərin də
Ola bilmir ruha zamin.
Ötüb keçən günlərinçün,
Ürəyimdən qanlar ötdü.
Səbirli ol, canım-dostum,
Ahu-zarım göyə yetdi.
Diləyimdir, o güllərdən
Azad bayraq dalğalansın!
Şəhidlərin yatdığı yer,
Bağ-İrəm, cənnət olsun!
Azərbaycan dilinə uyğunlaşdıran:
Şahməmməd Dağlaroğlu
Bu dəfəki könül yolçumuz-könül yolçularımızın könül dostu şair, tərcüməçi əziz Gülzirə xanımdır. Bir neçə gün əvvəl onun dünyaya gəldiyi gün idi.
Azəraycanda da tanınan və dostları tərəfindən sevilən Gülzira Şaripovanı doğum günü və qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar bayramı münasibətilə Manevr.az saytı və könül yolçularımız adından ürəkdən təbrik edir, ona can sağlığı, xoş günlər arzu edirik. Şair, tərcüməçi, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olan Şahməmməd Dağlaroğlunun tərcüməsində Gülzira
xanımın bir neçə şeirini sizə təqdim edirik.
Nazilə Gültac şair, həkim,
“Könül yolçuları” layihəsinin Azəraycandakı rəhbəri
Gülzira Haşımcan qızı Şaripova 1957-ci ildə Oş vilayətində anadan olub. Ali təhsillidir. Daşkənd
Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Məhkəmə, prokurorluq, icra və ədliyyə
orqanlarında çalışıb. Hazırda “Demokratiya və insan hüquqları” institutunun Daşkənd vilayət
ərazi bölməsinin direktorudur. Azərbaycan Yazıçılar birliyinin fəxri üzvüdü
Sayxanın sahilində
Sayxanın sahilində
Söyüdəm, salxımsaçam.
Səhər-axşam daranar
Sularda qıvrım saçım.
Hər səhər günəş öpər.
Yaşıl yarpaqlarımı.
Yelləndirər küləklər.
Nazik budaqlarımı.
Baxıb güzgülənərəm,
Hər gün mavi sulara.
İsti yuva oluram,
Baharda qumrulara.
Ötər başım üstündən
Payız durna qatarı.
Əyilib öpürəm mən
Sirr dolu dalğaları.
Söyləyirəm dərdimi.
Gecə xəlvətcə Aya.
Yaşıl hörüklərimlə
Adını yazdım çaya.
İçimdə eşq atəşi,
Hər vaxtı kirpiyim nəm.
Sahildəyəm mən həmən,
Gələr deyib gözlərəm.
SƏN GƏLSƏN...
Sən gəlsən...
Zülmətdəki evim nurlanar birdən,
Çəkilər bir anda dağtək iztirab.
Təşrifin bir dünya fərəh bağışlar,
Qəlbimi isidən günəşdir hesab.
Sən gəlsən...
Ürək yaza dönər, donduran qışda,
Açılar tağçada mürgü döyən gül.
Öpər yarpağını, baharı umub,
Çevrilər gülzara divanə könül...
Sən gəlsən...
Nəğmələr oxuyar uçuşan quşlar,
Ətrafda dörd tərəf sanki bayram, gəl.
Allaha şükürlər eləyib bu dəm,
Astadan deyərəm: “varlığın gözəl”.
Ayrılıq
Ayrılıq - ağrılı “kiçik bir ölüm”,
Getsən, layiqli get, könül sındırma.
Əfsus, peşmanlıqla dönməyin mümkün,
Keçdiyin körpünü əsla yandırma.
Kiçik bir cığır da olsa saxla ki,
Başladın yenidən bəlkə hərəkət..
Hicranı qucaraq yaşayan mələk,
Səni əfv etməyə O qadir, fəqət.
Məktubumu göyərçinin qanadına bağladım
Məktubumu göyərçinin qanadına bağladım mən,
Dedim: yara yetişəndə, salam söylə ona məndən.
Pərvazlanıb, qanad çalıb buludlardan uçub keç sən,
Gen səmanın özü qədər arzuları qucub keç sən.
O bivəfa yarıma sən yetən anda, çatan saat,
Məktubumu ona verib, geriyə dön, sağ-salamat.
Vaxtın olsa, uçub yenə, ona sarı üzünü tut,
Bəlkə namə göndərəcək, hicran dərdin sən də unut.
Sahibinə qaytarılsın Qarabağ!
Neçə ildir ürəyində dərd, ələm,
Dadsız olub gördüyü gün, ay da həm.
Tapa bilmir əzabına heç məlhəm,
Sahibinə qaytarılsın Qarabağ!
Tutdu yurdu yağı məkri, fitnəsi,
Əlacı yox, yaralıdır sinəsi.
Dost ellərdən gəlməlidir xoş səsi,
Sahibinə qaytarılsın Qarabağ!
Qarabağsız qəlbi şöləsiz, zülmət,
Əfsus, qaçqınları çəkir əziyyət,
Qarabağ qayıtsa sevinər əlbət,
Sahibinə qaytarılsın Qarabağ!
Gözlərdə görürəm qəm dolu həsrət,
Şəhidlər rahatsız, tapmır sükunət.
Ey odlar ölkəsi, topla mətanət,
Sahibinə qaytarılsın Qarabağ!
Haqsız qənim, bir bu qədər çağlama,
Yaman niyyət ilə ülfət saxlama.
Allah, ədalətə qapı bağlama
Sahibinə qaytarılsın Qarabağ!
Vətənpərvər övladları mərd, halal,
Düşmən gülləsindən tapdılar zaval.
İnsan ömrü gördü bunca qalmaqal
Sahibinə qaytarılsın Qarabağ!
Yetər, gülsün daha əsil səadət,
Tapsın öz yerini qızıl həqiqət.
Sülh yolun bəyənsin gərək hər dövlət,
Sahibinə qaytarılsın Qarabağ!
Türk dilli insanlar bir bütöv millət,
Əl-ələ yapışın, göstərin qüvvət.
Dostluqda görünər güc ilə qüdrət,
Sahibinə qaytarılsın Qarabağ!
Sevə bilərsənmi sən də mənimtək?
Səmamı bürüsə qara buludlar,
Dostlar uzaqlaşıb, sevinsə düşmən.
Əgər bəxt gedərsə, qəlb viran olar,
Varsanmı yanımda, sevimli yar, sən?
Bir gün uzaqlaşsa bu yaxın yolum,
Yetişə bilməsə əlim əlinə.
Dərdimə diləyib şəfalar, dözüm,
Söylə, olarsanmı yanımda yenə?
Könlüm incik, gözlərimdən damar yaş,
Lakin hələ gülüşməyə səbir var.
Sənə görə son anımda əyim baş,
Yanımda varsanmı de, sevimli yar?
Tək qalıb, eşq üçün olsan əgər zar,
Dözmərəm ruhumu yuyarsa azar.
Bir zərif ürəyi zənn edib gülzar,
Yada salarsanmı, de, sevimli yar?
Sevə bilərsənmi məntək, əziz yar!
SƏNİ SEVİRƏM
Məhəbbət dərdi çox ağır,
Eşq sehrindən dərdli bağır.
Çiyindaşın gərək axır,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
Uzaqdır Məcnun səhrası,
Var yenə Tahir-Zöhrəsi.
Zövqdür eşqin son çevrəsi,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
Sevən oddan yara alar,
Aşiqlər eşqdən saralar.
Ürəklərdə eşq yer alar,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
Artıq bəxt yox bil, sevməkdən,
Çəkinmə yaxın gəlməkdən.
Şərəf – sən deyib ölməkdən,
Səni sevsəm, nə edərəm,
Baş alıb hara gedərəm?
KÖNÜL ETİRAFI
Yarım, səni mahnılarda sədalara tay bildim mən,
Ay hüsnünə hərdəm düşən nidalara tay bildim mən.
Susuzluqda razı olub, gəzdim sonsuz səhraları,
Sən bir ulduz, göy üzündə sədalara tay bildim mən.
Olmaq azdır, bu dünyada yaşa ürək ocaqlarda,
Tanrı bizi hifz eləsin hicranlardan, fəraqlardan.
Səni dedim, tək tapıldın bu gün dostlar dünyasında,
Bizə qənim olan dillər ötsün daim uzaqlarda.
Allah özü köməkçidir, ilham alaq bu canlardan,
Səhər durub gülə baxdım, nəva tapdım o danlardan.
Yarım, sənə ürəyimdə nə vardısa izhar etdim,
Özün qoru, Yaradanım, bizi vaxtsız xəzanlardan.
Əsdi sübh çağının yeli qəflətən
Əsdi sübh çağının yeli qəflətən
Alıb qaçdı mənim söz-söhbətimi,
Uzaq keçmişlərə, ötən illərə,
Yada saldı odlu məhəbbətimi.
Sən idin qəlbimdə açan bir çiçək,
Ətrin bu dünyanı tutmuşdu tamam.
Bu gün məhəbbətlər bir adi çöptək,
Sənin sevgin isə təkrarsız və tam.
İllər belə ötdü, fərəhli, kövrək,
Kövrəyi sonradan yad etmək neçün?
Hələ də o eşqin əlindəyəm mən,
Daima qəlbimi isitdiyiyçün.
Hələ qoruyuram məhəbbətini
Qoymaram toxunsun ona bir zaval.
Sənsiz yaşamağın mənası yoxdur,
Əgər gərəkdirsə, həyatımı al.
Gecikən deyilsən, bunu bilirəm,
Ürək səsləyəcək məni hər zaman.
Tanrı ulduzumu bir yerə sancmış,
Həmən o ulduzam, elə parlayan.
SƏNİ CANDAN SEVİRƏM MƏN
Hicranından olub ürəyim xəstə,
Gah şad olur, gah da deyir şikəstə.
Sevgim köçüb, tablaşıram mən asta,
Yenə səni gözləyəcəm.
Safdır məhəbbətim, eləmə sən ar,
Könlüm ağlar, eşq yolunda olub zar.
Yollarında gözüm qalıb intizar,
Yenə səni gözləyəcəm.
Sənsiz bilirsənmi, qış olur günüm,
Gəlsən, çıraqbandır gecələr önüm.
Əgər haraylasan: “Gəl!” – deyə, gülüm,
Sənin hüzuruna mən gələcəyəm,
Səni candan sevəcəyəm.
QISQANCLIQ
Acı oldu yarın ürək azarı,
Saralıbdı ürəyimin gülzarı.
Ucuzlaşıb məgər eşqin bazarı?
Xəyanətlər çoxalıbdır yar, indi,
Məhəbbətim sədaqətə zar indi.
Unutdunmu yarım, eşqdə təlimi,
Tapmalıydım səntək sevgi gülümü.
Bir gün gəlib öpəcəksən əlimi,
Xəyanətlər çoxalıbdır yar, indi,
Məhəbbətim sədaqətə zar indi.
KƏPƏNƏK
Çəmənlərdə uçan kəpənək,
Qanadlarının yoxdu tayı.
Uşaqlara tutulmağın istək
Görmüsənmi səmanı, Ayı?
Yenə də şadlan, uç biqubar,
Uçub qon, bağrıgen güllərə.
Bir günündə həyat zövqü var,
Ömrün tən olsun yüz illərə.
MƏHƏBBƏT
Məhəbbət – ad almış bir duyğu,
Qəlbimin torunda bayıldı.
Tapantək yeni bir dərd duyan,
Eşq olub dünyaya yayıldı.
Nə qədər dadlıdır vüsalı,
Dinəndə lal etdi dilimi.
Sevməkdir onun tam xəyalı,
Hicranı yandırdı qəlbimi.
Məhəbbət gizlənib canımda,
O səndə gözləyir cəsarət.
Özgələr duymasın eşq sirrin,
Danma, var könlündə şücaət.
AZƏRBAYCANLI DOSTLARIMA
20 Yanvar faciəsinə və dostların ürək ağrılarına
Qaldı mənim xatirəmdə,
Dost başına gələn bəla.
Vətən! – deyib, getdi gənclər,
Elə, yurda bağlı bala.
Boğazdakı söz – azadlıq,
Deməliydi, deyəmmədi.
Yağı düşmən qəzəbindən,
Azəri xalqı enmədi.
Qaldı burda ağlar, nalan,
Əzaba dözdü analar.
Sevən yar yolunda duru b,
Qızlar gözlədi çar, naçar.
Nə gün gördü azər elim,
Bu nə yazıdır alnında?
Əzab yetdi düşmənindən,
Dost tapılmadı yanında.
Bu gün gördüm, əlvan rəngli,
Gül töküblər ayağına.
Azər elində oğullar.
Şəhid olmuş gənc çağında.
Dostum, bu gün çox üzüldüm,
Tapmaq olmur sənə təskin.
Əlvan rəngli güllərin də
Ola bilmir ruha zamin.
Ötüb keçən günlərinçün,
Ürəyimdən qanlar ötdü.
Səbirli ol, canım-dostum,
Ahu-zarım göyə yetdi.
Diləyimdir, o güllərdən
Azad bayraq dalğalansın!
Şəhidlərin yatdığı yer,
Bağ-İrəm, cənnət olsun!
Azərbaycan dilinə uyğunlaşdıran:
Şahməmməd Dağlaroğlu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar