Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Kimsəsizlər məzarlığı”nda süküt o qədr sıx ki...

Tarix: 19-02-2023 20:01     Baxış: 2322 A- / A+
 

KƏRAMƏT

 

Bu iki şeir təsadüfən rast gəldi, sonra itirdim, sonra axtarıb tapdım. Həm də onu tapdım ki, bu şeirləri yazarkən, hər gün qaraçı məhəlləsini gəzər, sonra Qaraçı məzarlığını ziyarət edərdim.. orda bir başdaşı vardı, üstünə belə yazılmışdı; "Özümdən özümə yadigar"


UDUŞSUZ LOTERİYA BİLETLƏRİDİ ADAMLAR

İşıldaböcəklər
Hər gecə 
günəşi səhərə,
sisli-dumanlı
şəhərə
daşımaqdan yorulmadı
“Kimsəsizlər
məzarlığı”nda
Süküt o qədr sıx ki...
Yarıb keçmək olmur o yana
Uduşsuz loteriya
biletlərini -adamları
külək rəqs etdirir.
Carəsizliyin rəqsi. 
əvvəllər, eradan 
əvvəl deyil üzüqapıya,
üzü yola oturardım,
nimdaş kətildə.
İndi arxası qapıya
otururam
Zirzəmi kafedə də.
Arxası qibləyə 
Namaz qılan mömün
bəndə 
Titrək dodqlarıyla
Söyüş söyürdü namaz,
dua yerinə 

HAMI BİR-BİRİNİ ATIB GEDİRDİ

Kəndlər “Qocalar evi”nə 
dönmüşdü çoxdan
Evlərin
bərələn gözündən-
Pəncərələrdən
Damarı çıxan əllərin titrəyişləri
Çisələyirdi kimsəsiz
yollara.

Getmişdilər,
Nuh əyyamından öncə
Yurd həsrətli şeirlər yazmağa.
Getmişdilər, yad ömürdə
Uzaq planetdə azmağa.

Köçhaköçdü, qaçhaqaçdı,
qovhaqov
Hamı bir-birini atıb gedirdi.
Antraktidada
Qalaq-qalaq buzlar çat verir,
əriyirdi bir yandan.
Gəlib çıxmışdı hamı
Yer kürəsinin axırına
Nuhun kosmik gəmisi də
G e C i K i R d İ...
 
 
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar