Xəbər lenti
Göylə Torpaq arasında...
Afət Fərziyeva
Göylə Torpaq arasında...
Budaqda oturmuş uşaq,
Budağı yaxşı silkələ...
Ayılmış ağac
sənə meyvə versin.
Ağac səxavətli olsa,
sənə saf,
xəsis olsa...
çürük meyvə
ikram edər...
***
Kəsilmiş saçlar
kəsilmiş ümidlər kimi
qayçının ağzından düşdü yerə...
Yenidən yapışdırsan qondarma, yamaq olacaq.
Gözlə, bir qədər gözlə...
Kəsilmiş saçların uzansın...
Kəsilmiş saçların utansın...
***
Göylə torpaq arasında
qalan insan…
Göydən düşdün,
Torpaq çəkdi.
Torpaq uddu,
Torpaq atdı,
Göy tutdu.
Göylə Torpaq arasında
qalan insan,
havadan, sudan, oddan nə xəbər...
Torpaqdan yaranmısan...
Sənə verilən nəfəs,
bir addımlıq qəfəs,
yaşamağa tələs
Göylə Torpaq arasında...
qalan insan
Göyə baxıb torpağa tələsən insan...
***
Əkilmiş gülllərin
çəkilmiş şəkli
özü kimi süni olur...
Çöllərdən gələn mehi,
Həyatdan gələn səsi
çək ciyərlərinə
vur beyninə...
Gözlərin gülsün,
Ruhun dincəlsin.
Dağ havası kimi
Səmimi ol...
Güllər kimi sevimli ol...
***
Qarışıq yuxularım,
qırışıq yuxularım...
Yaxama sancılıb
Həmayil tək boğazımı sıxıb
tutan istəklərin
ardından qaçan
ayaqyalın uşaq kimi...
Ümid dolu təyyarənin
tüstüsünə gülümsəyən
ürkək qəlbli bir qız kimi...
Düşünürəm, üşüyürəm,
inciyirəm, incəlirəm,
kölgəsində dincəlirəm
arzuların, xəyalların...
Qarışıq yuxularım,
qırışıq yuxularım,
Sizi görməyə gəldim,
Sizi çözməyə gəldim...
***
Səmaya açılan əllər,
üzümdə açılan güllər.
Həsrətinlə yanan qəlbimə
dualarım su çilər
dualarım su səpər...
***
Duman, gəl keç bu yollardan,
yol ver keçən karvanıma.
Yükü ağır karvanımın
yolu uzun, vaxtı azdır...
Önü qışdı, sonu yazdır...
***
Oxuya bilmirəm mən bu yazını
Silə bilsən sil, yenisin yaz, Allah!
Gülmək istəyirəm, gülə bilmirəm.
Üzümü sil, bir təbəssüm çək ALLAH.
Qırışlarım yol açıbdı üzümdə
İllərin toz, dumanı qalıb gözümdə.
Ağır yüküm əllərimdə, çiynimdə
Yıxılmağa qoyma bizi İLAHİ!
Dərdi verib dərmanı da verən Sən
Bitirən də, böyüdən də biçən Sən
Böyütməyin haqqın halal elə Sən
Nankorluğa qoyma bizi , İlahi!
Özbaşına qoyma bizi İlahi!
***
Düşüb yolun qarasına gedirəm
Ümid axtarıram, ümid verirəm!
Sevgiyə möhtac olsam da, hamıya
sevgi dolu gülüş ehsan edirəm!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar