Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təranə Dəmir "Səssizliyin melodiyası"nı təqdim etdi - Şəkillər

Tarix: 26-12-2022 10:17     Baxış: 3602 A- / A+


25.12.2022-ci il tarixində Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində istedadlı şair Təranə Dəmirin yeni nəşr olunmuş "Səssizliyin melodiyası" şeirlər kitabının təqdimatı keçirildi.
Şəhidlərin ruhu qarşısında sayqı duruşu ilə başlayan tədbiri Poeziya Evinin direktoru, şair Ibrahim İlyaslı giriş sözü ilə açaraq yeni nəşr olunmuş kitab haqqında ətraflı məlumat verdi. 

Tədbirin aparıcısı, Poeziya Evinin təşkilatçısı şair-filoloq Elvin İntiqamoğlu tədbir iştirakçılarını salamlayaraq kitabın işıq üzü görməsi münasibəti ilə təbriklərini bildirdi. Sonra o, sözü tədbir iştirakçılarına təqdim etdi.
Təqdimatda çıxış edən  şairlərdən "Azərbaycan" jurnalının Poeziya şöbəsinin müdiri  Qəşəm Nəcəfzadə, Fəxrəddin Teyyub, AZTV-nin əməkdaşı İlham Zeynallı, Azərbaycan radiosunun şöbə müdiri Dilşad Mirzəyeva, jurnalist Nəzirməmməd Zöhrablı, Zöhrab Mehdi,  jurnalist Vaqif Nəcəf, Xəqani Abbasəli, yazıçı-jurnalist Məhəmməd NərimanoğluKəramət ƏmirliBahar CavadovaÜlviyyə EyyubovaGünel TürksoyLilpar Cəmşidqızı, Vüsal Ağa, qazi Nicat Fərman, Aygün Fikrətqızı çıxış edərək Təranə xanımın istedadının spesifik xüsusiyyətlərindən danışdılar, kitabda yer alan şeirlərdən səsləndirdilər.

Oxuculardan qazi İmadəddin Səlimov, Ülviyyə Əbülfətqızı, Şakir Rüstəmov müəllifi təbrik etdilər.

Tədbir Təranə Dəmirin "Səssizliyin melodiyası"nı imzalaması ilə başa çatdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar