Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Doğum günümə..." - Cavid Fərzəli

Tarix: 11-12-2022 11:53     Baxış: 3430 A- / A+

Bu gün özünəməxsus fikirləri, fəlsəfi, məna yüklü şeirləri ilə oxucu rəğbəti qazanmış şair Cavid Fərzəlinin doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, sağlam, xoşbəxt ömür və yeni yaradıcılıq uğurlar arzulayırıq.
Manevr.az şairin doğum gününə yazdığı bir şeirini oxucuların ixtiyarına verir:

Doğum günümə... 

Zaman mehriban düşmənin olar,
Dünyanın ölən səhəri oyanarsan.
Əqrəbləri saralmış saat kimi, 
Hər şeyin vaxtı indi olduğun düşünərsən.

Üzünə ən çox gülən kədərin olar
Göz yaşlarına quyu qazar sevdiklərin,
Səni sevmədiklərin soraqlar... 

Tənhalığın qovuşarkən başlıyar,
Təkliyinə yerləşməz dünya
Bir kiçicik yuva xoşbəxtliyinə sığar.
Əlin çatmaz dibsiz sevgilərə,
dilənçilər sevər ovcunu.

Unutqanlığın ölümə aparan yol alar,
Dünyanın üzün tutar sevgisizliyin.
Barmaqların tətik alar,
güllələnər ağ göyərçilərin
müqəddəsliyi.

Cavid Fərzəli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar