Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Artıq Yazıçılar Birliyinin Anarlı dönəmi bitməlidir” - Emil Rasimoğlu

Tarix: 24-10-2022 21:23     Baxış: 3530 A- / A+
Anarın yerinə seçilmək istəyənlər onu  TƏNQİD ETDİLƏR
Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrlik postuna yeni namizədlər bəlli olub.
Manevr.az bildirir ki, bu barədə APA-ya şair Emil RasimoğluFuad Cəfərli məlumat verib.
Emil Rasimoğlu qurumun və konkret indiki sədrin vəzifələrini doğru icra etmədiyini bildirib: “Bu gün Azərbaycan Yazıçılar Birliyindəki sistem AYB rəhbərliyinin maraqları naminə idarə olunur, daxili nizamnamə qaydaları isə kənarda qalıb. Təsəvvür edirsinizmi? Bir insanın alternativsiz şəkildə seçkiyə getməsinə yol açalar, onun əvəzolunmazlığını təbliğ edələr və sonda da deyələr ki, yekdilliklə səs topladı. Hansı ki öncəki qurultaylarda bu hallar olub. Mən bu detalı xatırlatmaqla onu demək istəyirəm ki, baxın, Anar bu illər ərzində sadəcə özünü bu şəkildə ilahiləşdirdi. Yəni bu illər ərzində bir istedadlı, idarəçilik bacarığı, potensialı olan şəxs olmadımı Anar 35 il bir kürsüdə əyləşdi? Həm də nöqsanlara yol verə-verə əyləşdi”.
Emil Rasimoğlu AYB-nin bölgələrdəki fəaliyyətindən və AYB-nin gənc imzalarla bağlı siyasətindən də narazıdır.
“Yazıçılar Birliyinin əyalətlərdəki filialları, sektorları, tabeçiliyində olan orqanların fəaliyyəti bərbad durumdadır. Digər tərəfdən, Anar gənclik deyə bir məfhum tanımır. Çünki gəncliyin yanında olmağı bacaran şəxs hələ ilk olaraq özü gəncliyin yolunu kəsməməlidir. Düşünürəm ki, artıq Yazıçılar Birliyinin Anarlı dönəmi bitməlidir”, – o bildirib.
Şair Fuad Cəfərli də builki seçkilər üçün namizəd olduğunu təsdiqləyib: “Bildiyiniz kimi, mən artıq 2019-cu ildən namizəd olduğumu bildirmişəm. Ondan sonra qurultay təxirə salındı, amma hazırda da namizədəm. Ümumiyyətlə, hesab edirəm ki, AYB-nin gənclərlə bağlı fəaliyyəti qənaətbəxş deyil. Biz 2019-cu ildə bu siyasəti tənqid etmişdik və yalnız ondan sonra müəyyən mənada gənclərə redaksiyalarda yer verildi. Amma Anarın özü 30-31 yaşında “Qobustan” jurnalında baş redaktor idi, Rəsul Rza isə 29-30 yaşında artıq qurumun sədri idi”.
Fuad Cəfərli “AYB-də Anardan başqa nüfuzlu adam yoxdur” fikrinə də münasibət bildirib: “Ümumiyyətlə, “AYB-də Anardan nüfuzlu adam yoxdur” ifadəsi, ən azından, Anarın öz nəsildaşlarına qarşı hörmətsizlikdir. Necə olur ki, o boyda İsmayıl Şıxlı sədrlikdən gedəndə AYB-yə bir qurum kimi hər hansısa bir zərər dəymədi, amma Anar AYB-dən getsə, dağılmış olsun? Bu cür ifadələr, fikrimcə, qətiyyən doğru deyil”, – o qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin qurultayı oktyabrın 26-sı saat 10:00-da Akademik Milli Dram Teatrında keçiriləcək. Birliyin hazırkı sədri Xalq yazıçısı Anar mediaya sədrlik üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar