Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

İllərlə AYB rəhbərliyinin yol verdiyi qayda pozuntuları

Tarix: 24-10-2022 18:56     Baxış: 3311 A- / A+

Azərbaycan Yazıçılar Birliyi yarandığı gündən üzü bəri adıçəkilən qurumun on iki qurultayı keçirilib. Bunlardan səkkizi sovet dövrünə, biri müstəqillik ərəfəsinə, son üçü isə müstəqillik dövrünə təsadüf edib. Bu öz yerində...

Ancaq hal-hazırda əlimdə olan faktlara və ictimaiyyətə təqdim edilən AYB nizamnaməsinə əsasən deyə bilərəm ki, müstəqillik dönəmində Yazıçılar Birliyinin rəhbərliyi keçirilən qurultaylarda dəfələrlə nizamnamə qaydalarını açıq-aşkar pozub.

Belə ki, Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinin “Rəhbər orqanlar və onların səlahiyyətləri” bölməsində yazılır: 

“Azərbaycan yazıçılarının qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatı ilə birinci katib və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz) seçir”.

Öncə onu deyim ki, elə məhz bu səbəbdəndir ki, qurultay keçirilmədiyinə görə 2014-cü ilin sentyabr ayından AYB-nin Yaradıcılıq məsələləri üzrə katiblik vəzifəsini İlqar Fəhmi icra edir. Qeyd edim ki, İlqar Fəhmi illərdir ki, katib yox, katib əvəzidir.

Gələk, qayda pozuntularına...Nizamnamə qaydalarına baxmayaraq ancaq Çingiz Abdullayev 1991-ci ildən (4 çağırış) katibdir. Fikrət Qoca isə (məkanı uca olsun!) 1998-ci ildən 3 çağırış katib olub.

Göründüyü kimi Çingiz Abdullayevin və Fikrət Qocanın 2 çağırışı “adlaması” açıq-aydın nizamnamə qaydalarına ziddir. Bu ziddiyətin yaranmasının isə başlıca səbəbkarı şübhəsiz ki, Anar olub.

Amma ziddiyətlər bununla da bitmir...Hələ burada digər bir pozuntu da müxtəlif zamanlarda katiblərin qurultayda seçki yolu ilə seçilməsi yox, birbaşa Anar tərəfindən təyin edilməsidir. Hətta bu faktı bir müddət öncə mənimlə ("Yeni Müsavat"ın efirində) debatda AYB rəsmisi Elçin Hüseynbəyli də vurğuladı. 

Onu da qeyd edim ki, əldə olunan faktlar hətta AYB-nin elektron arxivində də var. Bu hallar AYB nizamnaməsinə görə bu günkü reallıqlarıdır. 

Emil Rasimoğlu 
Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına namizəd


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar