Xəbər lenti
“Türk dünyasında Azərbaycan” poeziya antologiyası nəşr olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İB tərəfindən həyata keçirilən “Türk Dünyasının birliyində Azərbaycançılıq ideyasının rolu” layihəsi əsasında “Türk dünyasında Azərbaycan” adlı poeziya antologiyası nəşr olunub.
“Türk Dünyası İnfo” İctimai Birliyinnin sədri Dəyanət Osmanlı Manevr.az-a bildirib ki, Azərbaycançılıq ideyasının daim aktual olan tələbi ondan ibarətdir ki, ölkəmiz üçün ictimai əhəmiyyətli məsələlərin, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən müstəqillik dörünə aid ədəbi-mədəni nümunələrimizin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə bu gün də ehtiyac vardır. Ona görə də layihənin məqsədinə uyğun olaraq Türk dünyası ölkələrinin ədəbiyyatında Azərbaycana, eləcə də türkçülüyə, xalqlarımızın qəhrəmanlıq tarixinə, qardaşlığına, milli-mənəvi dəyərlərimizə dair xeyli əsərlər yazılmışdır. Bu layihə çərçivəsində o əsərlərin ortaq ədəbiyyatımızın nümunələri kimi tərcümə olunaraq kitablaşdırılması, tanıdılması zərurətini dəyərləndirərək həmin əsərlərin xeyli hissəsini toplayıb antologiya halında çap etmişik. Kitabın əsas istiqaməti milli-mənəvi dəyərlərə cavab verən yeni Türk dünyası birliyininə yönəlik ədəbi-mədəni nümunələri sistemləşdirib təbliğ etməkdir. Bu antologiya Azərbaycançılıq ideyasını, Türk dünyasının həmrəyliyini, ortaq mədəniyyətimizi, ortaq dilimizi, şərəfli Zəfər tariximizi vəsf edən çağdaş ədəbiyyat örnəyidir. Fikrimizcə, kitabı yeni nəsil yazarlarımızın yaradıcılıq imkanlarının zəngiləşməsində stimul və uyğun elmi dairələrdə araşdırmaçılar üçün etibarlı bir mənbə hesab etmək olar. Kitabda türk xalqlarının, o cümlədən çağdaş Azərbaycan poetik yaradıcılıq örnəklərinin əks etdirdiyi milli, mənəvi, əxlaqi dəyərlər, vətəndaşlıq hiss və duyğuları, xalqımızın mübariz xarakter və təfəkkür özəllikləri halda aydın bir mənzərə ilə təqdim olunur. Layihənin müəllifi və kitabın tərtibçisi Dəyanət Osmanlıdır. Antologiyada Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Dağıstan və Krımdan olmaqla, ümumilikdə 50-dək tanınmış müəllifin şeirləri yer almışdır. Nəfis şəkildə, 400 tirajla çap olunmuş 224 səhifəlik nəşrin məsləhətçisi akademik, millət vəkili Nizami Cəfərov, ön sözün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayeva və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslıdır Nəşrin kitabxanalara, müəlliflərə, ziyalılara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanıılması nəzərdə tutulub.
Tel: 050 3515470
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar