Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

AYB-nin qurultayının dəqiq tarixi gələn həftə bilinəcək

Tarix: 03-10-2022 19:18     Baxış: 3306 A- / A+
AYB-nin qurultayının dəqiq tarixi gələn həftə bilinəcək
Oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı elan olunacaq.
 
Manevr.az xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətindən bildirilib.
 
Biıdirilib ki, bu gün Azərbaycan Yazıçılar Birliyində katibliyin növbəti toplantısı keçirilib. Toplantı qurultayqabağı hazırlıq işlərinin müzakirəsinə həsr edilib.
 
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə bağlı təkliflərini səsləndirib.
 
O, təklif edib ki, bu münasibətlə Yazıçılar Birliyi tərəfindən iki kitab hazırlansın. Sonra AYB sədri Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidi Azərbaycan Mətbuat Şurasına sədr seçilməsi münasibətilə toplantı iştirakçıları adından təbrik edib. Bildirib ki, Rəşad Məcid eyni zamanda Yazıçılar Birliyindəki vəzifəsini də icra edəcək.
 
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına hazırlıq məsələlərilə bağlı müzakirələr davam etdirilib, dəvət ediləcək yerli və xarici qonaqlaırın siyahısı müzakirə edilib. Qərara alınıb ki, oktyabrın 15-də qurultayın dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”ndə çap edilsin./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar