Xəbər lenti
Fuad İslamoğlunun “Qisasımız qiyamətə qalmadı” kitabı çapdan çıxdı
Tanınmış şair-publisist Fuad İslamoğlunun yeni kitabı işıq üzü görüb.
Manevr.az xəbər verir ki, müəllifin ədəbiyyatımıza növbəti ərməğanı olan “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu sevimli şairin sayca beşinci kitabıdır. Şəhidlərimizin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş kitabda əsasən ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomatiyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir. Eyni zamanda, şeirlər toplusunda yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.
Qeyd edək ki, şairin əvvəlki “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub./AZƏRTAC
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar