Xəbər lenti
Daha dəniz adamı deyilik axı.. - Hikmət NİKBİN

Hikmət NİKBİN
Manevr.az şair Hikmət Nikbinin yeni şeirlərini təqdim edir:
***
Necədi...aran necədi
şərbətli ahla, İlahi ?!
...sənsiz keçinən axşamla,
açan sabahla, İlahi.
Dopdolu dəli vaxtından,
...yedim baxtından, baxtından.
Keçdim göyünün altından
iki ayaqla, İlahi.
Bulud- göylərin su qabı,
Torpaq- adam, yosun qabı...
Döyülür...Sevinir qapın,
Gör kimdi, yoxla, İlahi.
Bir başqa adamam- dedim,
...Səni tanımaq istədim.
Ölüm bir eşq üstə...Gedim
qalım torpaqla, İlahi...
***
Rənglərə sevilmək-
elə səhv eləməkdi,
İnsan səhv edəndə ölür...
...ölmür göyüylə, yeriylə,
Bir quru bədəndə ölür.
Öyrəşməyib yaza, qışa...
Başını qoyub balışa
gedir
saat əqrəblərinin
oyandığı yerdən
məkanın özünü dandığı yerə...
Nə yaxşı ki,
bizsiz deyil bu dünya...
Dənizlər balığa gərək olmazdı,
Heç Tanrı da gerçək olmazdı...
Bir vaxtı
biz də dəniz adamı idik...
Bir vaxtı bu dünyanın
səssiz-səmirsiz adamı idik.
...gözünüz aydın, ağaclar
sizi əkən var.
Gecənə bərəkət...
Utanıram özümdən,
Gündüzdü...
Kirpiklərimi ört,
gedim, Tanrı....!
...gedim, dünya mənim deyil,
Bürünməyə əynim deyil...
Ovcunu ver,
yığım ovcuna yağan yağışı,
İslanan var...
Daha dəniz adamı deyilik axı.
Ovcunu ver,
yığım ovcuna qayıdıb gələn qışı,
üşüyən var...
Daha qanı istiyik axı.
Dəyişmir qarın, yağışın,
...səhərin, axşamın.
Bizimsə dəyişir
əvvəlki özümüz,
...əvvəlki andımız, sözümüz,
Dəniz haqqı !
...Nədən, Tanrı ?!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar