Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İllərdir qəlbimdə yatan arzular, sabah oyanmaqçün dua oxuyur

Tarix: 06-07-2022 09:03     Baxış: 3243 A- / A+
                                           Qəmər Sözay


SƏNİ BAĞIŞLADIM GÜNAHLARINA

Bütün ümidlərin kökü kəsilib,
Bütün ümidlərim məzar qoxuyur.
İllərdir qəlbimdə yatan arzular,
Sabah oyanmaqçün dua oxuyur.

Yaddaşım köksünü ötürür yenə,
Keçmişin kölgəsi alır başımı.
Dünənlər dağ çəkir qəlbimin üstə,
Sabahlar gənclikdən çalır yaşımı.

Sənsizlik qoynunda quruyur ömrüm,
Ölümlə qalımın savaşındayam.
Həsrət adlı dərddən zarıyır ömrüm,
Həyatın qaranlıq libasındayam.

Bu bəxtin nazıyla çox oynamışam,
Susamış göz yaşım yanaqlarına.
Mən Allah deyiləm, fəqət yenə də,
Səni bağışladım günahlarına.


ÇAĞIRIR MƏNİ

Ruhum asılıb göydən,
Ölüm çağırır məni.
Haqqın yolunu kəsən,
Zülüm çağırır məni.

Qəmin gölündə batan,
Dərdinə dərdi qatan,
Ana bətnində yatan,
Dölüm çağırır məni.

Qədərə pərçim olan,
Qönçəsin erkən yolan,
Açılmamışkən solan,
Gülüm çağırır məni.

Taleyinə qor olan,
Yanıb, yanıb, qovrulan,
Yanmış bəxtdən sovrulan,
Külüm çağırır məni.


DAĞILAN ÜMİDLƏR

Dağılıb ümidlərin hərəsi bir köşəyə,
Neyləyim axtarmağa taqətim də qalmayıb.
Mən necə yanılmışam səni belə sevərək,
Sən adlı bir ünvanım heç əzəldən olmayıb.

Tıxanır boğazımda eşqə dair cümlələr,
Lal olur məhəbbətim sevgisizlik dilindən.
Taxtın qurub qəlbimdə, həsrətin padişahı,
Qurtar məni İlahi, bu qüssənin əlindən.

Üşüyür xatirələr, yaddaşımın evində,
Ruhum soyudur artıq nəfəsimdən özünü.
Yollar uzanıb gedir, hicranın qollarına,
Gəl birlikdə kor edək, ayrılığın gözünü.


YANAN XATİRƏLƏR

Göz yaşımla islanıb, sənsizliyin səkisi,
Yağış kimi yağıram, sən getdiyin yollara.
Nə qədər ah çəkirəm, necə qarğış edirəm,
Xəyanətli əlinlə sarıldığın qollara.

Buz tutmuş kirpiyimdə həsrətinin göz yaşı,
Yuxu axır gözümdən, gözlərim qapanmayır.
Asıram gecələri, qaranlığın boynundan,
Gecələr sona yetir, sabahlar oyanmayır.

Yanır hələ qəlbimdə sən adlı xatirələr,
Sol yanımda kül olub, qanıma qarışırsan.
Sən boyda bir zülmətdə boğulur yazıq ruhum,
Yenə də zülmətinlə canıma qarışırsan.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar