Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyatşünaslıq elmi üçün yeni TÖHFƏ

Tarix: 30-06-2022 22:44     Baxış: 4427 A- / A+
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə ŞƏRİFOVANIN “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” monoqrafiyası AMEA-nın Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
Monoqrafiyanın elmi redaktoru, ön sözün müəllifi AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, rəyçiləri isə Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
Monoqrafiya giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyada XX əsrin 90-cı illərindən XXI əsrin bizim günlərə qədərki zaman axarında Qarabağ mübarizəsini əks etdirən bədii ədəbiyyat Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövrlərinin ədəbiyyatı kimi tədqiq edilir. 2016-ci il dördgünlük Qarabağ müharibəsinin (Aprel döyüşləri) bu iki müharibə arasında keçid rolunu oynaması xüsusi olaraq vurğulanır.
Monoqrafiyanın I fəsli “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən publisistikanın janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən publisistikanın janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili araşdırılır.
İki yarımfəsildən ibarət olan II fəsil “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən nəzmin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən şeirlərin, poemaların janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili tədqiq edilir.
Üç yarımfəsildən ibarət olan III fəsil “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən nəsrin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən hekayələrin, povestlərin, romanların janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili geniş şəkildə araşdırılır.
Monoqrafiyanın IV fəsli “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin və filmlərin janr xüsusiyyəti, problematikası və obrazları” adlanır və bu fəsildə Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin və filmlərin janr xüsusiyyəti, problematikası və obrazları ətraflı təhlil süzgəcindən keçirilir.
BİBLİOGRAFİYA
Monoqrafiyada M.F. Axundzadə, M. Arif, İ. Həbibbəyli, Y. Qarayev, A. Nəbiyev, Q. Paşayev, N. Paşayeva, E. Mehrəliyev, T. Əlişanoğlu (Mustafayev), M. Nəcəfova, C. Məmmədli, F. Mehdi, A. Məmmədov, A Kazımzadə, M. Qasımlı, R. Ulusel, V. Arzumanlı, İ. Babayev, P. Əfəndiyev, A. Rüstəmli, N. Məmmədov, F. Mustafa, B. Əhmədov, Ə. Əmirli, M. Mükərrəmoğlu, A. Turan və digər tədqiqatçılarımızın, həmçinin Yavuz Akpınar, M.M. Baxtin, E.P. Proxorov, A.S. Eleonskaya, V. Kojbaxteyev, B.V. Strelçov, A.A. Qrabelnikov, M.M. Lukina, L.E. Kroyçik, E. Jurbina, Y.R. Simkin, T.V. Lebedeva, S.İ. Ojeqov, M.N. Kim, Q.V. Kolosov, A.A. Tertıçnıy, E.Y. Fesenko, Aydın Öğüt və digər xarici mütəxəssislərin elmi yanaşmaları monoqrafiyada yer tapır.
Mir Möhsün Nəvvabın, Çingiz Mustafayevin, Yaşar Qarayevin, Sabir Rüstəmxanlının, Anarın, Fərəc Fərəcovun, Qəzənfər Paşayevin, Rüstəm Kamalın, Elçin Mehrəliyevin, İbrahim Yusifoğlunun, Vaqif Bәhmәnlinin, Mustafa Çəmənlinin, Elnarə Akimovanın, Pərvinin, Yunus Oğuzun, İlqar Fəhminin, Elçin Mirzəbəylinin, Zemfira Məhərrəmlinin, Cahid Kərimovun, Seyid Namiq Aslanovun, Nurəddin Qənbərin, Xanım Aydının, Aynur Babayevanın, Vüsal Nurunun, Vəfa Zahidqızının, Elçin Əhmədovun, Cavid Zeynallının, Şahanə Müşfiqin, Salman Alıoğlunun və digər müəlliflərin publisistik yazıları geniş tədqiq edilir.
Mir Möhsün Nəvvabın, Həsənəli xan Qaradağinin, Baba bəy Şakirin, S. Zöhrаbbəyоvun, Abdulla Şaiqin, Əhməd Kamalın, Əbdül Rəhman Dainin, Əli Kaminin, Üzeyir Hacıbəyovun, Əhməd Cavadın, Məhəmməd Hadinin, Xan Şuşinskinin, Rəsul Rzanın, Nəbi Xəzrinin, Mirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Nurəngiz Günün, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Eyvaz Borçalının, Nizami Rəmzinin, Baba Pünhanın, Fikrət Qocanın, Fikrət Sadığın, Aşıq Xaspoladın, Əhliyyət Süleymanovun, Əflatun (Saraclı) Məmmədovun, Qasım Qasımzadənin, Ağa Laçınlının, Hüseyn Kürdoğlunun, Həmid Abbasın, Nüsrət Kəsəmənlinin, Zəlimxan Yaqubun, Vaqif Bəhmənlinin, Rəşad Məcidin, Qulu Ağsəsin, Qəşəm Nəcəfzadənin, Hacı Mehtabın, Müzəffər Şükür Məchulun, Teymur Kərimlinin, Ağa Savalanın, Şahin Fazilin, Orxan Paşanın (Məhərrəm Qasımlı), Leyla Əliyevanın, Asim Yadigarın, İbrahim Yusifoğlunun, Vüqar Əhmədin, Səidə Əliyevanın, Fərəc Fərəcovun, Dəyanət Osmanlının, Balayar Sadiqin, Əlirza Həsrətin, Fərhad Əzizbəylinin, Abuzər Turanın, Ələmdar Quluzadənin, Ramiz Duyğunun, Səyavuş Məmmədzadənin, İlham Qəhrəmanın, Şahin Musaoğlunun, Musa Urudun, Talıb Talenin, Elçin Məhərrəmovun, Adıgözəl Aydınovun, Kəmalə Hacıyevanın, Kəmalə Abiyevanın, Gülxani Pənahın, Hüseyn Bağıroğlunun, Seyid Namiq Aslanovun, Elmar Vüqarlının, Nizami Muradoğlunun, Mövsüm Əhməd Vüsalın, Hacı Soltanın, Barat Vüsalın, İltifat Salehin, Rövşən Budağın, Mirəli Vəkiloğlunun, Zeynal Vəfanın, Elnur Uğurun, Pünhаn Sədаnın və digər müəlliflərin poetik irsindən nümunələr tədqiqatın obyektinə çevrilmişdir.
Sabir Əhmədlinin, Mövlud Süleymanlının, Əlibala Hacızadənin, Kamal Abdullanın, Anarın, Sabir Rüstəmxanlının, Aqil Abbasın, Elçin Mehrəliyevin, Hüseynbala Mirələmovun, Fazil Güneyin (Abbasov), Məmməd Orucun, Elçin Hüseynbəylinin, Güllü Məmmədovanın, Fərəc Fərəcovun, Mənzər Niyarlının, Mehdi Şərifovun, Şəmil Sadiqin, Azad Qaradərəlinin, Səyyad Aranın, Kamran Nəzirlinin, İlham Əliyevin, Salidə Şəmmədqızının, Eyvaz Zeynalovun, Ağarəhim Rəhimovun, Mahirə Abdullanın, Nüşabə Məmmədlinin, Kərim Dünyamalının, Əlisəfa Azayevin, Şərif Ağayarın, Xəyal Rzanın, Kamil Əfsəroğlunun, Əjdər Olun, Nizami Muradoğlunun, Vüsal Nurunun, İlqar Rəsulun, Cəlaləddin Qasımovun, Ziyəddin Sultanovun, Ülviyyə Heydərovanın, Vahid Məhərrəmovun, Nəriman Mahmudun, Pərvanə Bayramqızının, Südabə Sərvinin, Zemfira Məhərrəmlinin, Xalid Kazımlının, Elza Mollayevanın, Əli Əmirlinin, Gülşən Lətifxanın, Nigar Qarayevanın və digər yazarların romanları, povestləri və hekayələri tədqiq edilir.
Müəllif Vidadi Babanlının, Nəriman Həsənzadənin, Әli Әmirlinin, Günel Anarqızının, Hüseynbala Mirələmovun, Firuz Mustafanın, Aygün Həsənoğlunun, Mehman Musabəylinin, Elçin Hüseynbəylinin, Çingiz Ələsgərlinin, Ramiz Novruzovun, Qəşəm Nəcəfzadənin, Vaqif Əlixanlının, Yusif Kərimovun, Ağarəhim Rəhimovun, Fətullayev-Elsevərin, Ay Bəniz Əliyarın, Leyla Bəyim və Yefim Abramovun və digər müəlliflərin pyeslərini, “Fəryad”, “Xoca”,  “Yaddaş”, “Son nəfəsədək”, “Yollar uzanan gün”, “Sarı gəlin”, “Haray”, “Müharibə uşaqları”, “Biz qayıdacağıq”, “Ümid”, “Qırmızı qar”, “Laçın dəhlizi”, “Ağ atlı oğlan”, “Dolu”, “Xüsusi təyinatlı İbad”, “Mən evə qayıdıram”, “Qədirin sorağında”, “Şəhidlik zirvəsi”, “Mübarizlik zirvəsi”, “Vətən qeyrəti”, “Yarımçıq xatirələr”, “Arxada qalmış gələcək”, “Nabat”, “Açar”, “Vətən mənə oğul desə”, “Dönüş”, “Oğul”, “Qaçaq qocalar” bədii və sənədli filmlərini təhlil süzgəcindən keçirir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar