Xəbər lenti
"Baküden Fethiyeye Gönül köprüsü" müəlliflərə təqdim olundu -Şəkillər
Azərbaycanlı həkim-şair Nazilə Gültac və Türkiyəli şair-tərcüməçi Coşkun Karabuludun birgə həyata keçirdikləri "Könül yolçuları" layihəsi çərçivəsində Türkiyədə nəşr olunmuş azərbaycanlı qələm adamlarının şeir və hekayələrindən ibarət "Baküden Fethiyeye Gönül köprüsü" kitabı müəlliflərə təqdim olunub.Manevr.az xəbər verir ki, antologiyada şairlərdən Kəmalə Abiyeva, Nazilə Gultac, Əzizə Ağahüseynqızı, Sevinc Qərib, Afət Viləşsoy, İbrahim İlyaslı, Namiq Dəlidağlı, Qəzənfər Məsimoğlu, Nizami Muradoğlu və Məmmədyar Məmmədyarlının şeirləri, eləcə də yazıçı Günel Natiqin hekayələri yer alıb.
Müəlliflərdən bəzilərinin bir araya gəldiyi tədbir, açıq havada keçirildi. Təqdimat mərasimində kitab haqqında fikirlər söylənildi, qardaş ölkə ilə ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və inkişafı haqqında müzakirələr aparıldı.Kitabda seirləri çap olunan, dünyasını dəyişmiş şair dostlar Nizami Muradoğlu və Məmmədyar Məmmədyarlı ehtiramla anıldı, xatirələr dilə gətirildi.
Tədbirdə həmçinin, gələcək planlardan, layihələrdən danışıldı. Könül yoçuluğunun əbədi və sarsılmaz olması diləyi ilə yekunlaşan görüş xatirə şəkilləri ilə tarixin yaddaşına köçdü.
Sevinc Qərib
Manevr.az










Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























